89
geosiyasət mövzusunda yazan jurnalistlərin hazırlanmasına
diqqət artırılmalıdır.
2.
Kütləvi informasiya vasitələri geosiyasətin
demo-
qrafik aspektlərinə mövqeyini dəyişməlidir. Əgər
klassik
mətbuat materiallarında ənənəvi olaraq vurğu kəmiyyət
parametrlərinə (demoqrafik potensialın əhalinin sayı və
artım tempi ilə qiymətləndirilməsi) edilirdisə, hazırda
mədəniyyət-təhsil və fiziki keyfiyyətlərin, insani resursların
sosial, siyasi və iqtisadi proseslərin yüksək dinamikası ilə
uzlaşmasının qiymətləndirilməsinə diqqət artırılmalıdır.
Ona görə ki, istənilən hər hansı bir
ölkədə elmin,
iqtisadiyyatın inkişafı və hərbi qüvvələrin modernləşməsi
bu amillərdən çox asılıdır.
3.
Kütləvi informasiya vasitələrində geosiyasi proses-
lərin işıqlandırılması zamanı
mədəniyyət-sivilizasiya
amillərinə və konfessional (dini etiqad) amillərə diqqət
artırılmalıdır. Çünki, müasir münaqişələrin böyük bir
hissəsi ayrı-ayrı sivilizasiyaların
öz daxilində baş verdiyinə
görə
55
“sivilizasiyaların toqquşması” konsepsiyası birmənalı
şəkildə qiymətləndirilmir.
4.
Jurnalistika nəzərə almalıdır ki, müasir geosiyasi
proseslərdə
informasiya, kosmik və digər texnologiyaların
inkişafı və yayılması ilə bağlı olan yeni münaqişələr mühüm
rol oynayır. KİV özü isə bu prosesin fəal iştirakşılarından
birinə çevrilir. Kütləvi informasiya vasitələrinin çıxışı üçün
55
Ayrı-ayrı
sivilizasiyaların öz daxilində baş verən münaqişələrin sayı
müxtəlif sivilizasiyalar arasında olan münaqişələrdən 1,5 dəfə çoxdur.
Ümumiyyətlə statistika göstərir ki, klassik dövlətlərarası müharibələrin
sayı faktiki olaraq azalır, dövlətdaxili münaqişə və müharibələrin sayı
isə artmaqdadır. Bu, belə bir nəticəyə gəlməyə əsas
verir ki,
toqquşmaların səbəbi heç də təkcə müxtəlif sosial-iqtisadi və mədəni
inkişaf səviyyələri deyildir.
90
ənənəvi geosiyasətin kateqoriya aparatının, onun təməl
anlayışları olan – milli maraq, dövlət suverenliyi və
təhlükəsizlik anlayışlarına
olan yeni tələblərin nəzərə
alınması olduqca vacibdir.
5.
Mətbuat
iqtisadi poseslərin geosiyasi vəziyyətə tə-
sirinin təhlilinə geniş yer verməlidir. Bu, onunla izah olunur
ki, müasir dövrdə iqtisadiyyat
beynəlxalq miqyasda
qüvvələr bölgüsünə getdikcə daha çox təsir göstərir. Ona
görə ki, hazırda dünya nizamının qurulması dinc yolla, yəni
müqavilələr və razılaşmalar yolu ilə əldə olunur. Həmçinin
müasir dövrdə potensial beynəlxalq ziddiyyətlər sırasında
iqtisadi münaqişələr ilk yerlərdən birinə çıxır. Belə hesab
edirlər ki, indi siyasi məqsədlərə sərt iqtisadi tədbirlərlə nail
olmaq mümkündür. Hətta geosiyasət termininin
Dostları ilə paylaş: