95
prinsiplərini, həmçinin müxtəlif beynəlxalq hüquqi alətlərdə
ifadə edilmiş müvafiq müddəaları özündə cəmləşdirir.
1983-cü ildə Parisdə və Praqada keçirilmiş IV konsultativ
görüş YUNESKO Bəyannaməsinin əvəzsiz əhəmiyyət
daşıdığını qeyd etmişdir.
Bəyannamədə deyilir ki, insan
hüquqlarının mühüm tərkib hissəsi kimi qəbul olunan söz,
fikir və informasiya azadlığının həyata keçirilməsi sülhün
və beynəlxalq qarşılıqlı anlaşmanın möhkəmlənməsinin
əsas amilidir. Bundan başqa, görüşdə kütləvi informasiya
vasitələrinin və jurnalistlərin artmaqda olan sosial
məsuliyyətləri nəzərə alınaraq, informasiya və kom-
munikasiyanın milli və beynəlxalq səviyyədə oynadığı
rolun əhəmiyyəti xüsusi qeyd olunmuşdur.
Paris
görüşündə, eyni zamanda, milli və regional sə-
viyyədə jurnalistin peşə etikası kodekslərinin tərtib edilməsi
məqsədi ilə əlavə stimullaşdırıcı beynəlxalq əsas və mənbə
qismində müəyyən prinsiplər işlənib hazırlanmışdır. Bu
prinsiplər bütövlükdə jurnalist fəaliyyətinin bütün
istiqamətlərini
(vətəndaşların həqiqi informasiya almaq
hüququ, hadisələrin obyektiv işıqlandırılması, jurnalistin
sosial məsuliyyəti, jurnalistin peşəkarlıq səmimiyyəti,
informasiyaya ictimai çatım və KİV-də iştirak, şəxsi həyata
və ləyaqətə hörmət, ictimai maraqlara hörmət və s.) özündə
ehtiva
etsə də, onlardan bəziləri diqqəti beynəlxalq
münasibətlər mövzusunun işıqlandırılmasına, bu mövzuda
materialların oxucuların, tamaşaçıların və dinləyicilərin,
internet istifadəcilərinin psixologiyasına uyğunlaşdırılması
məsələlərinə cəlb edir.
Məsələn,
8 №-li prinsip humanizmin, hər şeydən
əvvəl, ümumi sülhün, demokratiya və insan hüquqlarının
qorunmasına, beynəlxalq münasibətlərdə qarşılıqlı inamın
yaradılmasına, tərk-silah proseslərinə töhfə verməyə çağırır.
Peşə etikası jurnalistdən beynəlxalq konvensiya, bəyannamə
və qətnamələrdə öz əksini tapmış müvafiq müddəaları
96
bilməyi tələb edir.
9 №-li prinsip jurnalisti
təcavüzkar
müharibələrə və silahlanmaya (xüsusilə də nüvə başlıqlı
silahlarla), zorakılığın, düşmənçiliyin və ya ayrı-seçkiliyin
təzahürlərinə, o cümlədən, bəzi rejimlərin həyata
keçirdikləri irqçilik və aparteidin, tiraniyanın,
müstəmləkəçiliyə
və neomüstəmləkəçiliyə
bəraət
qazandırmağın istənilən formasından yayınmağa çağırır.
Yeni dünya informasiya və kommunikasiya nizamının
inkişafını əhatə edən
10 №-li prinsip müasir dövrdə
jurnalistin bütövlükdə yeni beynəlxalq münasibətlərə, o
cümlədən yeni informasiya nizamına doğru irəlilədiyi bir
şəraitdə fəaliyyət göstərdiyini vurğulayır. Bu isə öz
növbəsində milli və beynəlxalq səviyyədə informasiya və
kommunikasiya sahəsində asılılığın aradan qaldırılmasını və
demokratikləşməni nəzərdə tutur.
Belə bir şəraitdə jurnalist
öz vəzifə borcunu yerinə yetirərkən, informasiya sahəsində
beynəlxalq münasibətlərin demokratikləşməsinə, o
cümlədən dünya ölkələri və xalqları arasında sülh və
dostluq əlaqələrinin qorunub saxlanılmasına və inkişaf
etməsinə səy göstərməlidir.
Beynəlxalq həyat mövzusunu işıqlandıran jurnalist
daim beynəlxalq aləmdə baş verən bütün, o cümlədən
geosiyasi
proseslər, dövlətlər arasındakı ikitərəfli və
çoxtərəfli münasibətlər, beynəlxalq məsələlərlə məşğul olan
çoxsaylı təşkilatların və ictimai hərəkatların fəaliyyətləri
barədə məlumatlı olmalıdır. O, BMT və onun strukturuna
daxil olan nüfuzlu qurumların, Avropa İttifaqı, Avropa
Şurası, NATO və s. Beynəlxalq təşkilatların qəbul etdikləri
qərarlar, həyata keçirdikləri aksiyalar və planlaşdırdıqları
tədbirlər barədə operativ məlumatlara malik olmalıdır. Bu
problematika üzrə ixtisaslaşmış jurnalist, eyni zamanda
beynəlxalq jurnalist təşkilatlarının – Beynəlxalq Jurnalistlər
Təşkilatının (JOİ - BJT),
Beynəlxalq Jurnalistlər
Federasiyasının (İFJ - BJF), Latın Amerikası Jurnalistlər
97
Federasiyasının (FELAP), Latın Amerikası Mətbuat İşçiləri
Federasiyasının (FELATRAP), Ərəb Jurnalistləri
Federasiyasının (FAJ), Afrika Jurnalistləri İttifaqının (UAJ),
ACEAN Jurnalistləri Konfederasiyasının (CAJ) və s. təşki-
latların fəaliyyətlərini müntəzəm izləməlidir.
Beynəlxalq həyat məsələlərinin işıqlandırılması sahə-
sində KİV-in çıxışlarının təsirliliyinin artırılması məqsədi
ilə jurnalist üçün aşağıdakı tələblər irəli sürülür: a) yeni
informasiya və kommunikasiya texnologiyalarının tətbiqi
ilə əlaqədar olaraq
jurnalist sənətkarlığı peşəkarlıq
fəaliyyətinin ənənəvi metodları ilə yanaşı yeni metodlara
yiyələnməyi və onları ustalıqla tətbiq etməyi tələb edir.
Jurnalistdən həmçinin öz fəaliyyətində əlavə iş üsullarının
mənimsənilməsi, jurnalist əsərlərinin məlum janr və
formalarının təkmilləşdirilməsi və s. tələb olunur; b)
beynəlxalq jurnalistikada
universal jurnalist müşahidəsi
Dostları ilə paylaş: