Dördüncü dövr tarix baxımından o qədər də böyük
olmayan bir zamanı əhatə edir. 1985-ci ildə cəmiyyətin
həyatında başlayan siyasi aşkarlıq mühiti və SSRİ-nin
tədricən süqutu (1991-ci il) prosesi amirlik sisteminin
yeritdiyi totalitar siyasətin nəticələrinin açıq şəkildə ifşa
olunmasına, o dövrün kütləvi informasiya vasitələrinin
xarakteristikasının obyektiv şəkildə müəyyən edilməsinə
şərait yaradır. Bu dövr aşkarlıq, yenidənqurma və
demokratiya şüarlarının qəzet və jurnalların, radio və
televiziyanın fəaliyyətinə təsir dövrü kimi xarakterizə
olunur. Çap olunan materialların, radio və televiziya veriliş-
lərinin məzmun və formalarında yeniliklər, Almatı, Tbilisi,
Bakı hadisələrini, regiondakı və dünyadakı münaqişə
situasiyalarını, həmçinin xarici siyasət və beynəlxalq
əlaqələri əks etdirən publikasiyalarda mövqe müxtəliflikləri
özünü açıq şəkildə büruzə verirdi. KİV söz azadlığının,
plüralizmin əsas realizə vasitəsinə çevrilirdi.
Bu dövrdə KİV-lə bağlı vəziyyət köklü şəkildə
dəyişir. “Dövlətin və kommunist partiyasının
monopoliyasında olan mətbuat öz sahibinin mütləq
diqtəsindən imtina prosesini yaşayır. Bu, ... o cümlədən
Azərbaycanın “Молодежь Азербайджана”, “Kommunist”
kimi nəşrlərin tematikasında özünü göstərir. ... Qeyri-formal
təşkilatların yaranması ilə SSRİ-nin milli müstəqilliyə can
atan bütün respublikalarında onların qəzetləri, jurnal tipli
nəşrləri meydana gəlir. ... Mətbuat üzərində 70 il öz
monopoliyasını saxlayan sovet sisteminin dağılması
ehtimalını duyan qüvvələr və onların sivil dünya
praktikasına söykənəcək KİV sistemi yaratmaq
83
təşəbbüslərinin gerçəkləşməsi”
53
prosesi baş verir.
Beləliklə, Sovet İttifaqının dağılması SSRİ-də, İttifaqın
tərkibində olan bütün müttəfiq respublikalarda, o cümlədən
də Azərbaycanda yeni jurnalistikaya keçidi labüd edir.