79
bölüşdürürdülər. Rusiya öz müstəqilliyini elan etmiş
ölkələri yenidən imperiyaya qatmaq istəyirdi.
Xüsusilə
Azərbaycanın müstəqilliyi ciddi təhlükə altında idi.
Rusiya
ermənilərin Azərbaycana və digər qonşu ölkələrə torpaq
iddiasından yararlanmaq istəyirdi.
Bölgədə mövcud olan mürəkkəb geosiyasi vəziyyətlə
bağlı olaraq: a) gənc Azərbaycan dövlətinin müstəqilliyinin
möhkəmləndirilməsi; b)
ölkənin ərazi bütövlüyünün
qorunub saxlanılması; c) xarici ölkələrlə ikitərəfli əlaqələrin
yaradılması; ç) məmləkətdə demokratiya və hürriyyətin
bərqərar olması ideyalarının təbliği və təşviqi mətbuatın
fəaliyyətinin əsas istiqamətləri, çap olunan materialların
aparıcı mövzuları idi.
“Azərbaycan” qəzetinin redaktoru Ü.Hacıbəyli “...öz
məqalələrində yeni yaranan dövlətin müstəqilliyinin
qorunması ideyasını müntəzəm təbliğ edirdi.”
46
O,
“Ermənistan və Azərbaycan münasibəti” əsərində yazırdı:
“Ermənistanın “Zəngəzur bizimdir” deyə haqsız ideyalarını
Tiflisdə rusca nəşr edilən “Slovo” qəzeti də müdafiə edirdi.
... özgənin malına və torpağına təma edən yenə birinci
Ermənistan oldu ki, Naxçıvan
üzərinə hücum edib özgənin
yerinə sahibləndi və bugünkü eyni Ermənistandır ki,
məqsədi Azərbaycan torpağına dəstdirazlıq etməkdir.”
47
1918-1919-cu illərdə “Azərbaycan” qəzeti
Y.V.Çəmənzəminlinin “Xarici siyasətimiz” əsərini ayrı-ayrı
məqalələr şəklində çap edir. Böyük mütəfəkkir
məqalələrində beynəlxalq konqreslərdə öz haqlarımızı
bildirmək, digər tərəfdən istiqlaliyyətin davamına çalışmaq
ideyalarını ön plana çəkir. Müəllif həmçinin Azərbaycanın
geosiyasi mövqeyini qiymətləndirməyə çalışır və həmin
şəraitə uyğun olaraq görüləsi işlər barədə mülahizələrini
46
Rüstəmov A.R. Jurnalistika. Bakı Universiteti nəşriyyatı. Bakı, 2005,
səh. 40.
47
Hacıbəyov Ü. Fitnələr qarşısında. Bakı, 1995, səh. 120.
80
bildirir: “Azərbaycanın coğrafi mövqeyi gözəldir. Rusiya
Hindistana göz tikir. Bu yolu kəsmək üçün İngiltərə
Azərbaycanın müstəqilliyini istəyir. Azərbaycan rus
mühacirlərinin tapdağında qala bilər. İngiltərə yox, İttihadi-
islam, türk ittihadı isə xəyaldır. Biz hürriyyətdə yaşamaq
istəyirik.”
48
Azərbaycan Xalq Cümhuriyyəti cəmi iyirmi üç ay
yaşasa da, onun mətbuatın fəaliyyəti üçün yaratdığı
demokratik mühit, bərabər paritetlər, hər kəsin məfkurə və
özünüifadə azadlığının təmin
edilməsi təcrübəsi tarixdə
gözəl nümunə kimi qalmış, bu gün də uğurla istifadə olunan
və beynəlxalq praktika ilə səsləşən məktəbə çevrilmişdir.
Dostları ilə paylaş: