24
Aşkarlıq – geniş tanışlıq və müzakirə üçün açıqlıq, əlyetərlilik; dövlət
və ictimai təşkilatların fəaliyyətində maksimal şəffaflıq və düzlük,
ölkənin mühüm problemlərinin demokratik surətdə həllində ictimai
rəyin təsirli və fəal forması; rəhbərin dəyişməsi və yaxud da sosial-
iqtisadi şəraitin təsiri ilə dövlət siyasətinin dəyişməsi. Bax:
Современная идеологическая борьба: Словарь / Сост. С.И.Беглов.
М., 1988, стр.61.
68
Azərbaycan jurnalistikasında beynəlxalq həyat mövzusu Ümumiyyətlə, bu mövzu jurnalistikada milli
paritetlərlə və ölkənin milli təhlükəsizliyi ilə vahid
kontekstdə nəzərdən keçirilir. Bu paritetlər isə tarixin
müəyyən dövrlərində beynəlxalq münasibətlər, dövlətlərarası əlaqələr kimi anlayışlarla sıx bağlı olur,
dünyada və regionda gedən geosiyasi proseslərdən asılı olur
və onların işıqlandırılması dövrün səciyyəvi
xüsusiyyətlərinə uyğun olaraq KİV materiallarının məz-
mununa və yaradıcılıq amillərinə müəyyən korrektələr edir.
Azərbaycan jurnalistikasında bu problemin tarixi köklərinin
öyrənilməsini və mətbuatda izlənilməsini beş dövrə bölmək
olar:
I dövr – 1875-1918-ci illər.
II dövr – 1918-1920-ci illər.
III dövr – 1920-1985-ci illər.
IV dövr – 1985-1991-ci illər.
V dövr – 1991- ci ildən bu günə qədər olan dövr.