75
fikrinin formalaşmasında böyük rolu olmuşdur. Bakı şəhər
bələdiyyəsi tərəfindən jurnala siyasi mövzuda məktub,
felyeton, mükalimə, teleqram, şəkil və s. materiallar dərc
etməyə icazə verilmişdi.
Hələ özünün 1-ci nömrəsində yazdığı kimi, “dünyanın
... şuluq vaxtında ərsəyə gələn”
36
jurnal
öz dövrünün siyasi
hadisələrini (1917-ci il fevral burjua inqilabı və s.) tam
obyektivliklə işıqlandıra və qiymətləndirə bilməsə də, bəzi
güclü ölkələrin mütləqiyyət üsuli-idarəsinə qarşı kəskin
çıxışları, “azadlıq”, “hürriyyət”, “ədalət”, “müsavat” və s.
Anlayışlarla bağlı nümayiş etdirdiyi mövqeyi ilə diqqəti
cəlb edir. Hətta jurnalda fevral burjua inqilabından sonrakı
dövrdə seçki sistemindəki gülünc vəziyyət də istehza ilə
tənqid edilir.
“Tuti”də çap olunan mükalimələr həm o dövrdəki
ideoloji fəaliyyətin istiqamətlərinin müəyyən edilməsinə,
həm də siyasi əhəmiyyəti olan problemlərin (o cümlədən,
beynəlxalq) mahiyyətinin açılmasına şərait yaradır. “Molla
ilə Molla Günə” arasında olan söhbət fikrimizi təsdiq edir:
“Molla Günə:
- Xəbərin var, molla əmi?
Molla: - Nədən?
Molla Günə: - Hacı Vilhelm İstambula gəlir ki,
panislamizmi düzəltsin!
Molla: - Panislamizmi nədir?
Molla Günə: - Panislamizm, yəni “ittihadi-islam. Başa
düşdünmü?
Molla: - Başa düşdüm, ancaq qanmadım nə üçün
...”
37
.
Bu mükalimədə həm Almaniyanın islam dini ilə bağlı
yeritdiyi siyasət, həm də müsəlman ölkələri arasında olan
ziddiyyətlər öz əksini tapır.
36
“Tuti” jurnalı, dekabr 1914-cü il, № 1.
37
“Tuti” jurnalı, 15 noyabr 1915-ci il, № 44.
76
Jurnal imperialist dövlətlərin qəsbkarlıq
siyasətinin
ifşa edilməsinə, bu siyasətin mürtəce xarakterinin xalqa izah
edilməsinə çalışırdı. “Şeir-meir” (Ə.Razi) və “Keyfim
gələndə” (C.Bünyadzadə) başlıqlı felyetonlarda
müstəmləkəçilik siyasəti ciddi tənqid atəşinə tutulur
38
.
Jurnal 14 yanvar 1917-ci il tarixli sayında yazırdı:
“Bu günkü cahan davasında ən çox fayda aparan məmləkət
Amerika cümhuriyyətidir. İki ilyarımlıq davada bu
məmləkətə 30 milyard dollardan artıq qızıl gəlmişdir.
Bu isə
bütün dünyadakı qızılın üçdə biri olur. Bu məmləkətin
həmin dava münasibətilə günü-gündən sərvəti artır”
39
.
Mürəkkəb ictimai-siyasi bir şəraitdə buraxılan “Tuti”
jurnalı cəmiyyətdəki sosial-siyasi problemləri də cəsarətlə
tənqid edir və bu problemlərin həlli üçün cəmiyyətin
əsasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini
diqqətə çatdırırdı.
Öz ideya-siyasi istiqamətinə görə “Molla Nəsrəddin”ə
çox yaxın olan, onun siyasi xəttini
cəsarətlə müdafiə edən
və prinsiplərinə uyğun fəaliyyət göstərən
“Zənbur”
satirik
jurnalı (1909-1910-cu illərdə
Bakı
şəhərində nəşr
olunmuşdur) Yaxın Şərq ölkələrinin həyatını, xüsusilə də
Türkiyə və İranda baş verən ictimai-siyasi prosesləri, Qərb
ölkələrinin regiondakı maraqlarını diqqətlə izləyir,
yeritdikləri siyasətin həqiqi mahiyyətini izah edən maraqlı
məqalə və şəkillər dərc edirdi.
Çar Rusiyası və İngiltərənin üzərində “zayom” sözü
yazılmış gözəl qadın surətində təsvir olunmuş əjdahanın
üstündə oturmaları, Almaniyanın da dırmaşıb
orada özünə
yer axtarması şəkli bu ölkələrin İrana “yardımı”nın əsl
məğzini açır
40
. Başqa bir şəkildə Məhəmmədəli sahın qanlı
38
“Tuti” jurnalı, 22 iyun 1917-ci il, № 20.
39
Axundov N. Azərbaycan satirik jurnalları (1906-1920-ci illər). Bakı,
1968, səh.99.
40
“Zənbur” jurnalı, 26 fevral 1910-cu il, № 5.
77
əllərini yuması, İngiltərənin onun əlinə su tökməsi,
Rusiyanın şaha sabun verməsi, Türkiyənin isə ona dəsmal
uzatması təsvir
olunur
41
.
Jurnalda çap olunmuş “İstambulda iğtişaş”
42
, “1905-ci
ilə qədər” və
“1905-ci ildən sonra”
43
, “Məşrutə mərəzi”
44
,
“Lyaxov və Məmmədəli”
45
adlı şəkillər də dövrün siyasi
proseslərini izləmək baxımından diqqəti cəlb edir.
Ümumiyyətlə, birinci dövrdə nəşr olunan qəzet və
jurnalların materialları ilə tanışlıq belə bir nəticəyə gəlməyə
əsas verir ki, həm informasiya qıtlığı,
həm də çar rejiminin
ciddi senzurası milli mətbuatda xarici siyasət və beynəlxalq
həyat problemlərinin müstəqil şəkildə işıqlandırılmasına
imkan vermirdi. Lakin bu dövrün qəzet və jurnalları satira
üslubundan istifadə edərək, əsasən də kiçik informasiya
materiallarında və satirik şeirlərdə birinci dünya müharibəsi,
Rusiyanın bu müharibədə iştirakı, yeritdiyi
müstəmləkəçilik
siyasəti, xarici ölkələrlə qarşılıqlı münasibətləri və bütün bu
proseslərin Azərbaycana təsiri məsələlərini, həmin dövrdə
yaşayan insanların dünyagörüşlərnə və dünyanı dərketmə
səviyyələrinə uyğun tərzdə əks etdirməyə nail olmuşlar.
Dostları ilə paylaş: