81
Azərbaycanda 1928-1930-cu illərdə 12 yeni qəzet, 1930-cu
ildən 1933-cu ilədək isə 71 qəzet çıxmağa başlayır. 1934-cü
ildə çoxtirajlı qəzetlər də daxil olmaqla, respublikada nəşr
olunan qəzetlərin sayı 196-ya, jurnalların sayı isə 30-a
çatır.
51
“Kommunist”, “Bakinski raboçi”, “Vışka”, “Gənc
işçi”, “Molodoy raboçi”, “Ədəbiyyat və incəsənət” və s.
mətbuat orqanları kommunist ideologiyasını təbliğ etməklə
yanaşı, həyatımızın bütün
sahələrini öz səhifələrində
işıqlandırırdı.
52
Birpartiyalı sistemdə yeni siyasi quruluşun üstünlük-
lərinin izah olunması jurnalist fəaliyyətinin əsas vəzifəsi
kimi müəyyən edilmişdi. Dövri mətbuat sovet jur-
nalistikasının daxili və xarici qanunauyğunluqlarına
söykənərək və sərəncamında
olan imkan və alətlərdən
istifadə edərək (marksizm-leninizm ideologiyası
çərçivəsində), məzmun etibarı ilə cəmiyyətin həyatında
bolşevik partiyasının əvəzedilməz rolunu, Sovet İttifaqının
xarici siyasətinin “humanistliyini”, xarici ölkələrlə “isti”
qarşılıqlı əlaqələrini vəsf edirdi. Xarici siyasətin əsasını və
bunun da məntiqi nəticəsi kimi, beynəlxalq həyat və
beynəlxalq münasibətlər probleminin mətbuatda işıq-
landırılmasının qayəsini “ideya düşməni”nin mövcud
olması və ona qarşı mübarizə aparılmasının
vacibliyi təşkil
edirdi. Bu tendensiya sovet mətbuatının yarandığı ilk
günlərdən başlayaraq bütün dövrlərdə, o cümlədən
repressiya, İkinci Dünya müharibəsi və “soyuq müharibə”
illərində, hətta 80-ci illərin ortalarına qədər yaşarlı
olmuşdur. Bu dövrdə həm mərkəzi KİV-də, həm də
müttəfiq respublikaların kütləvi
informasiya vasitələrində
Sovet İttifaqının və kommunist partiyasının xarici ölkələrlə
51
Hüseynov Ş. Mətbuatımızın ilk addımları. ADU elmi əsərlərin
“Jurnalistika” seriyası. Bakı, 1971, № 3, səh.31.
52
Rüstəmov A.R. Jurnalistika. Bakı Universiteti nəşriyyatı. Bakı, 2005,
səh. 44.
82
qarşılıqlı əlaqələrinin işıqlandırılması üçün
böyük həcmdə
informasiyadan istifadə olunur və jurnalistika bu sahədə
“əlindən gələni əsirgəmirdi”.
Dostları ilə paylaş: