Birinci dövr milli mətbuatın yaranmasından
(“Əkinçi” qəzetinin nəşrə başlaması - 1875-ci il) Böyük
Oktyabr sosialist inqilabınadək (1918-ci il) olan müddəti
əhatə edir. Bu dövrdə çar Rusiyasının tərkibində olan
Azərbaycanda “Əkinçi” (1875-1877), “Ziya” (“Ziyayi
Qafqaziyyə”) (1879-1884), “Kaspi” (1881-1919), “Şərqi-
rus” (1903-1905), “Açıq söz” (1915-1918), “Kəşkül” (1883-
1891),
“Həyat” (1906-1907),
“Molla Nəsrəddin” (1906-
1931), “Babayi-Əmir” (1915-1916),
“İrşad” (1906-1908),
“Həqiqət” (1909-1910), “Tərəqqi” (1908-1909),
“Füyuzat”
(1906-1907),
“Tazə həyat” (1907-1908),
“Tuti” (1914-
1917), “Zənbur” (1909-1910) kimi qəzet və jurnallar çap
69
olunurdu.
Bu mətbu nəşrlər milli oyanış və özünüdərk
proseslərində mühüm rol oynamışlar.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Qafqaz bir sıra
Avropa ölkələrinin maraq dairəsinə daxil olsa da, regionda
gedən siyasi proseslərdə əsasən iki dövlət – Rusiya və İran
dominantlıq edirdi. Bu da onların coğrafi parametrləri ilə
bağlı idi və ənənəvi geosiyasətin şərtləri ilə izah olunurdu.
1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinə əsasən,
Azərbaycanın iki hissəyə bölünməsi başa çatdırılmış, Şimali
Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın
tərkibinə qatılmışdı. Müstəmləkə siyasəti ölkənin həyatının
bütün istiqamətlərində olduğu kimi, milli mətbuatın
yaranması və fəaliyyəti sahəsində də özünün qara izlərini
buraxırdı. Həm informasiya qıtlığı, həm də çar rejiminin
tətbiq etdiyi ciddi senzura milli mətbuatda siyasət,
beynəlxalq münasibətlər və s. məsələlərin müstəqil şəkildə
işlənilməsinə və işıqlandırılmasına imkan vermirdi.
Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi”
qəzetinə də (22 iyul 1875-ci il) siyasi mövzuya toxunmaq
qadağan edilmişdi. Milli qəzetlər, ən yaxşı halda, yalnız
Rusiya qəzetlərində verilmiş məqalələrin surətini çap edə
bilərdilər. Həsən bəy Zərdabi “Rusiyada əvvəlinci türk
25
qəzeti” məqaləsində yazırdı: “Əkinçi”yə ixtiyar vermişdilər
ki, siyasi xəbərləri qeyri qəzetlərdən çap eləsin. Amma
onların birisini də çap etməyə qoymadılar. ...Senzordan
təvəqqe elədim ki, özü qeyri qəzetlərində siyasi xəbərləri də
göstərsin ki, hansıları çap eləmək mümkündür. Ona da razı
olmayıb, izin verdi ki, dövlət tərəfindən hər gündə gələn
telləri çap edim. ...onlardan seçib lazım olan qədərini də
basdırmağa qoymadılar. Xülasə, siyasi xəbərləri basmaq
mümkün olmadı. Jandarma ... hər gün məndən və
“Əkinci”dən adsız donoslar göndərdilər. Jandarma tərə-
25
Azərbaycan
70
findən mənim üstümə qarovulçular qoyuldu. Onların birisi
mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimin
içində yatırdı. Birisi də küçə qapısında durub mən hər tərəfə
gedəndə məni aparıb-gətirirdi. O vaxt mən hər gecə kluba
gedib bilyard oynayırdım və jandarma polkovniki də bəzi
vaxtlar mənim ilə oynayırdı. Onunla belə həhtədə bir neçə
dəfə o polkovnik məni aparıb məndən cavab istəyirdi ki,
doğrudurmu filan günü axşam filankəslərin yanına gedib,
filan sözü demisən?”
26
XX əsrin əvvəllərində əhalinin maarifləndirilməsini
özünün ümdə vəzifəsi hesab edən onlarla qəzet və jurnal
nəşr olunurdu. Onların arasında demokratik mətbuatın ilk
nümunəsi və Mirzə Cəlil Məmmədquluzadənin naşirliyi ilə
çap olunan ilk satirik “Molla Nəsrəddin” jurnalı Şərqdə
cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərə, Qərb
ölkələrinin bu proseslərdə iştirakına və münasibətinə aid
daha cəsarətli materiallar dərc edirdi.
Bu dövrdə regionda gedən siyasi prosesləri nəzarətdə
saxlamaq və burada öz mövqelərini möhkəmləndirmək üçün
bir sıra güclü dövlətlər bu ərazidəki ölkələri özlərinin nüfuz
dairələrinə bölmüşdülər. Jurnal müəyyən forma və rubrika-
lardan istifadə edərək lakonik şəkildə Almaniyanın da
bölgədə özünə istinadgah axtardığını diqqətə çatdırır.
Jurnalın 1906-cı il 4-cü sayında “Molla Nəsrəddin”in gecə
teleqramları” rubrikası altında “Berlin, 19 aprel- Germaniya
dövləti islamlar ilə siğə qardaş oldu. Siğeyi-üxuvvət Qüdsi
Xəlildə oxunacaqdır”
27
, həmin ilin 36-cı sayında isə
“Teleqraf xəbərləri” rubrikasında “İstanbul - İran səfiri
iranlıların qəbristan yerini almanlara altmış manata satdı.”
28
26
“Həyat” qəzeti, 28 dekabr 1905-ci il, № 129, 3 yanvar 1906-cı il, №
2. Azərbaycan mətbuat tarixi antologiyası. I cild, Bakı. 2010, səh.40.
27
«Molla N sr ddin» 12 cildd , I cild-Bak : Elm, 1988, s h.43.
28
Yen orada, səh.299.
71
kimi, bir cümlədən ibarət məlumatları uğurlu üsul hesab
etmək olar.
“Molla Nəsrəddin”in sözügedən sahədə fəaliyyətinin
əsas istiqamətlərindən biri də güclü dövlətlərin istilaçılıq
siyasətlərinin ifşa olunması idi. Xüsusilə, “Mıncıq”
felyetonunda biz jurnalın daha cəsarətli addımının şahidi
oluruq:
“Bəli, dörd yüz il irəli Amerikanın meşələrində çılpaq
dolanan vəhşi insanlar qızıllarını aldanıb Yevropa lotularına
verəndə genə əvəzində iki qəpiklik mıncıq alırdılar, amma
indi iyirminci əsrdə görürsən ki, dünyanın bir səmtində
adamlar az qalırlar ki, ölünü diriltsinlər, az qalırlar ki,
şeytana papaq tiksinlər, az qalırlar ki, havaya uçub aydan və
ulduzlardan xəbər gətirsinlər, amma ... dünyanın o biri
səmtində Qafqaz və İran hindiləri öz əyallarının ruzisini
növbənöv libasa girmiş quldurlara paylayanda bari əvəzində
onlardan iki qəpiklik mıncıq da istəmirlər”
29
.
Jurnalın 1907-ci il 13-cü sayında dərc olunmuş
“Həqiqət” məqaləsində imperializmin mahiyyətinin əsarət
və soyğunçuluqdan ibarət olması sadə bir dildə oxucuya
çatdırılr: “Əzizim amerikalı, indi buyur görək, nə qəsd ilə
dünyanın o başından bu başına gəlibsən? Mənim yəqinimdir
ki sənin xəyalında bir bijlik var. Məsələn, ya bu qəsdlə
gəlibsən ki biz biçarə müsəlmanları tovlayıb axırda imtiyaz
sahibi olasan və bizi fəhlə kimi işlədib bizim öz əlimiz ilə
qazandığımız pulları doldurasan cibinə və axırda da Fərahan
xalılarından, Buxara dərilərindən, Naxçıvan cecimlərindən,
Şamaxı şallarından, Tehran Sirü-xurşidlərindən bir yük
tutub vətəninə sovqat aparasan və gedib Amerikada bir
kitab yazasan və haman kitabda mollalarımızı
tərifləyəsən”
30
.
29
Yen orada, səh.266.
30
Yen orada, səh.426-427.
72
Maraqlıdır ki, bu gün beynəlxalq münasibətlər
sistemində mərkəzi yerlərdən birini tutan “enerji
təhlükəsizliyinin təminatı” problemi hələ düz bir əsr bundan
əvvəl “Molla Nəsrəddin” jurnalının tez-tez müraciət etdiyi
məsələlərdən biri olmuşdur. “... Hətta biz də bu saat
məətəlik. Bir tərəfdən, cənub neftini Londona daşıyırlar, bir
tərəfdən də şimal neftini Amerikaya daşımaq istəyirlər”
31
.
Enerji mənbələri uğrunda mübarizə ilə bağlı fikirlər
jurnalın başqa bir nömrəsində “Xatirələr” başlıqlı
felyetonda daha sərt şəkildə qoyulmuşdur. Ə.Əzimzadənin
çəkdiyi və jurnalın birinci səhifəsində yerləşdirilmiş “Şimali
İran nefti üçün mübarizələr “ adlı şəkil də İngiltərə və
Amerikanın İranda törətdiyi əməllərin əsl mahiyyətinin başa
düşülməsi üçün əhəmiyyətlidir. Burada “Şimali İran nefti”
bir ceyran şəklində təsvir edilmişdir. Ceyran iki tərəfdən
ağızlarını geniş açmış iki əjdahanın pəncəsində çırpınır.
Ceyranı xilas etmək istəyən iranlıların əlləri isə zəncirlə
bağlıdır
32
.
“Molla Nəsrəddin” jurnalı siyasi çıxışlarına görə daim
çar senzurasının təqiblərinə məruz qalırdı. “Demək olar ki,
onun hər bir nömrəsi senzura yoxlanışından keçirdi. Höku-
mətin daxili və xarici siyasətinə toxunan məqalə, felyeton
və şəkillərin çap olunmasına icazə verilmirdi. ... Mirzə Cəlil
... qadağan olunmuş materialların, şəkillərin yerini boş
qoyur və üzərində çarpaz xətt çəkirdi. Və onların aşağısında
belə yazırdı: “Bizdən asılı olmayan səbəblərə görə, bu yer
qaldı”, “Buradakı şəkilə izn verilmədi” və s.
33
.
Əsas ideya-siyasi xətti liberal xırda burjua
ideologiyası olan “Babayi-Əmir” satirik jurnalı (1915-
1916-cı illərdə Bakı şəhərində buraxılmışdır) siyasi
31
«Molla N sr ddin» jurnal , № 8, 1925.
32
«Molla Nяsrяddin» jurnalы, № 21, 1925.
33
Rüstəmov A.R. Jurnalistika. Bakı Universiteti nəşriyyatı. Bakı, 2005,
səh.26-27.
73
məsələlərin işıqlandırılmasında məhdud islahatçılıq meylləri
nümayiş etdirsə və hökumətin siyasətinə qarşı açıq
çıxışlardan çəkinsə də, öz səhifələrində müharibə ilə bağlı
mövzulara geniş yer verirdi. Jurnal əksər saylarında öz
üslubuna uyğun olaraq müharibənin mahiyyətinin
açılmasına, onun insanlara, ayrı-ayrı ölkələrə, bütövlükdə
bütün dünyaya fəlakət gətirməsini əks etdirməyə səy
göstərirdi. Jurnalda “Avropa müharibəsi” başlığı altında
ayrıca bölmə yaradılmışdı. Bu başlıq altında müxtəlif
ölkələrdən müharibəyə aid alınmış xəbərlər, məqalə və
felyetonlar dərc edilirdi. Müharibə mövzusunda verilən
materiallar jurnalın satirik üslubuna uyğunlaşdırılır, ...
müharibə xəbərlərinin maraqla oxunması üçün ondan sonra
satirik şeirlər verilirdi.
34
Jurnalın 1915-ci il 26-cı sayından bir neçə nömrəsi
şəkillərlə çıxmağa başlayır ki, bu da müharibə mövzusunda
yazıların insanların hisslərinə təsirinin effektivliyini artırır,
problemin daha aydın və təsirli işıqlandırılmasına imkan
yaradır. Görkəmli rəssam Əzim Əzimzadənin jurnalın 1915-
ci il 27-ci sayında oxucuya təqdim etdiyi şəkildə belə bir
mənzərə təsvir olunur: bir tərəfdə “müharibəni başlayanlar”
əlləri cibində qürurla dayanıb havadan hücuma keçən
təyyarə və balonlara baxırlar, digər tərəfdə isə qan tökülür,
amansız müharibə səhnəsi aparılır. Şəklin altında isə
müharibə pərəstişkarlarnın bu sözlərini oxuyuruq: “Bir işdir
tutmuşam, Allah xatirinə keç mənim üçün (sülhə dair).”
Əlbəttə, bu sözlərin kinayə ilə deyilməsi açıq-aydın hiss
olunur.
Ə.Əzimzadənin jurnalda çap olunmuş başqa bir
şəklində (9 dekabr 1915-ci il, № 33) Almaniyanın öz
müttəfiqlərinin boğazına ip salıb onları darta-darta top
34
Axundov N. Azərbaycan satirik jurnalları (1906-1920-ci illər). Bakı,
1968, səh.110.
74
qabağına apardığı təsvir olunur. Şəklin altında isə “Haqq
sözdür. Cəhənnəmə gedən özünə yoldaş axtarır” sözləri
yazılmışdır.
Qərb ölkələrinin, xüsusilə də Almaniyanın müharibə
aparmaqda məqsəd və motivlərinin ifşa edilməsi Ə.Əzimza-
dənin şəkillərinin əsas qayələrindən birini təşkil edir.
Rəssamın “İranın indiki vəziyyəti” adı ilə çap etdirdiyi
başqa bir rəsmdə isə müharibənin Şərq ölkələrinin həyatını
acınacaqlı vəziyyətə salması göstərilir. Rəsmdə (1915-ci il,
№ 31) İran quru müqəvva, imperialistlərin əlində bir
oyuncaq kimi təsvir olunur. Mövzuya uyğun olaraq burada
“Hərdəmxəyal”ın (M.S.Ordubadi) “İran da qarışdı” satirası
çap edilmişdir:
Axırda cahan hərbinə İran da qarışdı,
Durdu yuxudan axır o, viran da qarışdı...
Jurnalın fəal üzvlərindən biri olan H.İ.Qasımovun
felyetonlarında müharibənin bəşəriyyətə vurduğu yaralar,
insanların çəkdiyi müsibətlər daha qabarıq şəkildə öz əksini
tapır. Müəllifin “Dağdan-daşdan” başlıqlı felyetonunda
oxuyuruq: “Yoxsulluq bir yandan, bahalıq bir
yandan...canın çıxsın ay kasıb! Gəl yaşa görüm, necə
yaşayırsan!.. Allah Vilhelmin boynunu yeddi qat eləsin,
getdiyi Məkkə belindən vursun. O, dünyanı bir-birinə
vurmasaydı kasıb-kusub ayaq altında getməzdi”
35
.
Dövrün digər satirik qəzet və jurnalları kimi, “Babayi-
Əmir” jurnalı da müharibəni doğuran sosial-siyasi səbəbləri
peşəkarlıqla açıb göstərə bilməsə də, insanlarda müharibəyə
nifrət hissi oyatmaq baxımından xeyli faydalı iş görə
bilmişdir.
1914-1917-ci illərdə Bakı şəhərində çap olunan
Dostları ilə paylaş: |