67
40-dan çox ölkəsində onun informasiyalarından
istifadə
edirdilər.
1985-ci ildən sonra SSRİ-də başlayan yenidənqurma,
aşkarlıq
24
, sovet cəmiyyətinin demokratikləşməsi
prosesləri
beynəlxalq münasibətlər sahəsində mövcud olan köhnə
ideoloji ehkamların sındırılmasına və “soyuq
müharibə”prinsiplərindən imtina edilməsinə şərait yaradır.
Ölkədə elan olunan yeni siyasi təfəkkürün formalaşması
çağırışları cəmiyyətin həyatında
bütün istiqamətlərdə
olduğu kimi, KİV-in beynəlxalq münasibətlərin işıqlan-
dırılması sahəsindəki fəaliyyətində də ciddi dəyişikliklərə
səbəb olur və bu istiqamətdə yeni meyarlar əmələ gəlir.
Beynəlxalq münasibətlərdə qarşılıqlı inamın
yaran-
ması, güc tətbiq edilməsindən imtina, qarşılıqlı iqtisadi
yardımın göstərilməsi məsələləri
kütləvi informasiya va-
sitələrinin materiallarının ənənəvi məzmununda dəyişik-
liklər
etdiyi kimi, onların geniş auditoriyaya təqdim edil-
məsində də yeni formaların yaranmasına səbəb olur.
Xarici
ölkələrlə yaradılan
telekörpülər daha çox tamaşaçını əhatə
edir. Bu illərin
publisistikası, məqalə və oçerkləri
müharibədən sonrakı dövrdə cəmiyyətin həyatında, de-
mokratik yeniləşmə yolunda olan ciddi problemlərə diqqəti
cəlb edən janrlar idi.
Dostları ilə paylaş: