okean (Yaponiya və Çin cəlb olunmaqla) və Avrasiya (Avropa və Rusiya) koalisiyaları meydana gələ bilər. Artıq
Avropa və ABŞ arasında aşkar şəkildə olmasa da, müna-
sibətlərin (xüsusilə də enerji təhlüəkizliyinin təmin
olunması sahəsində) bir qədər gərginləşməsi hiss olunur.
Avropa İttifaqının (Aİ) iqtisadi potensialı demək olar ki,
ABŞ-ın iqtisadi potensialına bərabərdir və Aİ-də vahid
valyuta sisteminin yaradılması birləşmiş Avropanın iqtisadi
imkanlarını xeyli artırır. Qeyd etmək lazımdır ki, dünya
ticarətinin 40 %-i Avropanın payına düşür və bu, rəqabət
baxımından olduqca ciddi bir göstəricidir. Avropa ASEM
(Asia-Europe Meeting) çərşivəsində ASİB (Asiya-Sakit
okean İqtisadi Birliyi), ACEAN və Şərqi Asiya ölkələri ilə
sıx iqtisadi əməkdaşlıq əlaqələri yaradır.
3.
1990-cı illərdə Şərqi Avropada və keçmiş SSRİ
ərazisində yaranmış yeni müstəqil dövlətlərin və yaxud
ayrica regionların timsalında yeni aktyorların siyasi ön
səhnəyə çıxmaları, onların öz müstəqilliklərini qoruyub
saxlamaları məqsədi ilə konsolidasiya üçün göstərdikləri
cəhdlər yeni güc mərkəzlərinin (yeni region) əmələ
gəlməsinə şərait yarada bilər.
Göründüyü kimi, çoxqütblülük hər şeydən əvvəl həm
ayrı-ayrı güc mərkəzləri arasında, həm də bu mərkəzlərdəki
daxili qarşılıqlı münasibətlərin mahiyyətinin başlıca trans-
formasiyasını ifadə edir. Bu münasibətlər getdikcə daha mü-
rəkkəb və çoxçalarlı xarakter alır, bir sıra konkret hadisələr-
64
dən asılı olur. Buna görə də həmin münasibətlər çox-
variasiyalı və dəyişkəndirlər. Bəzən, bu münasibətlərdəki
dəqiq qarşıdurma xətləri yox olur, hərbi, coğrafi ərazi və
digər aspektlərin rolu azalır, beləliklə də dünya siyasətini
müəyyən edən amillərin sayı artır. Getdikcə qeyri-ənənəvi
parametrlər – iqtisadiyyat, maliyyə, kommunikasiya və
informasiya sistemi, elmi-texniki inkişaf və s. amillər daha
mühüm əhəmiyyət kəsb edir.