konsepsiyası əsas yer tutur. Biopolyar dünyanın «sovet»
qütbünün çökməsi ilə beynəlxalq sistem təkqütblü sistemə
çevrilir. Burada isə əsas yer ABŞ-a ayrılır.
Lakin həm geosiyasətçilər, həm də bu mövzunu işıq-
landıran KİV nümayəndləri arasında belə bir fikir də hökm
sürür ki, amerikanosentrik təkqütblülük ideyası bir qədər
şişirdilmiş ideyadır. Hesab edirlər ki, Amerikanın üstünlüyü
uzunmüddətli perspektivdə o qədər də inandırıcı görünmür.
Dünya geosiyasətində baş verən son proseslər və
onların kütləvi informasiya vasitələrində şərhi göstərir ki,
benyəlxalq münasibətlər sistemi getdikcə “unimultipolar sistem” (biryarımqütblü sistem) şəklini alır. Məsələn, ABŞ
çox zaman ikitərəfli, regional və digər münasibətlərdə
hegemon dövlət kimi hərəkət edir, lakin mütləq dünya lideri
kimi özünü tam təsdiq edə bilmir. Çünki, hətta ABŞ kimi
22
Brzezinski Z. and Huntington P. Political Power: USA-USSR.
Similarties and Contraste Convergence or Evolution. The Viking Press,
1964; Brzezinski Z. Game Plan. A Geostrategic Framework for the
Conduct of the US.-Soviet Contast. Boston/New York: The Atlantic
Monthly Press, 1986.;
Бжезинский З. Великая шахматная доска. М.,
1998.
62
güclü bir ölkə bu yükü iqtisadi, siyasi, hərbi və mənəvi
baxımdan təkbaşına çəkə bilməz. Müasir dünya nizamına
görə, geosiyasi aksiyaları həyata keçirmək üçün ona ən azı
bəzi dövlətlərin siyasi (böyük dövlətlərin və beynəlxalq
təşkilatların verdiyi mandat) və mənəvi dəstəyi mütləq
lazımdır.
KİV tanınmış politoloqların, diplomatların və dövlət
xadimlərinin cəlb olunması yolu ilə “biryarımqütblü