Geosiyasi proseslərin və transmilli problemlərin sovet KİV-ində işıqlandırılması təcrübəsi Zənnimizcə, müasir dövrdə beynəlxalq aləmdə baş
verən həddindən artıq mürəkkəb siyasi proseslərlə bağlı
olaraq dünya KİV-i qarşısında duran ümumi, həmçinin
Azərbaycan jurnalistikası qarşısında duran spesifik
vəzifələri müəyyən etmək üçün beynəlxalq həyat və
beynəlxalq münasibətlər probleminin sovet mətbuatında, o cümlədən onun struktur elementlərindən biri olan Azərbaycan mətbuatında işıqlandırılması təcrübəsinin
həm tarixi, həm də praktik aspektdən nəzərdən keçirilməsi
faydalı olardı.
Məlum olduğu kimi, kütləvi informasiya vasitələri
XX əsrdə özünün yüksək təşəkkülünü tapmışdır. Bu da
ictimai inkişafla əlaqədar olaraq obyektiv tələbata olan
ehtiyacla, insanların dünyada baş verən proseslər, hadisələr
və faktlar barədə daha çox bilgi almaq istəkləri ilə izah
olunur. Xüsusilə, İkinci Dünya müharibəsindən sonra, yəni
təsir dairələrinin güçlü dövlətlər arasında yenidən
bölündüyü və “soyuq müharibə”nin başlandığı bir dövrdə
həm dünya, həm də sovet jurnalistikası beynəlxalq
münasibətlər problematikasına daha çox diqqət yetirməyə
başlayılar. Bu da öz növbəsində KİV-in strukturunda
müəyyən dəyişikliklər etməyə, kütləvi auditoriyaya
65
çatdırılan materialların məzmununa, üslub və xarakterinə
yeni səciyyəvi çalarlar verməyə bilməzdi.
1961-ci ildə sovet KİV sistemində yeni “Novosti”