1960-1970-ci illərdə “geosiaysət” anlayışı kütləvi informasiya vastələrində daha geniş mövqelərdən şərh olunmağa başlayır. Konkret təbii-iqlim zonalarına aid olan
dövlətlərin üstünlüyü ideyası inkişaf etdirilir. H.Kissincerin
“beşqütblülük”» konsepsiyası jurnalistikada gücün Şimalda
cəmləşməsi fikrini əsaslandırmaq üçün geniş istifadə
olunurdu (H.Kissincer dünya arenasında beş güc mərkəzini
əsas oyunçular hesab edirdi – ABŞ, SSRİ, Birləşmiş
Avropa, Yaponiya və Çin. Çinin Şimala aid edilməsi bir
qədər inandırıcı görünmür).