Elmi-texniki inqilab və onun dövlət siyasətində isti- fadəsi yeni “məkanların” meydana gəlməsinə və 1950-
1970-ci illərdə bu məkanlar uğrunda mübarizənin güclən-
məsinə gətirib çıxarır. Burada söz ilk növbədə XX əsr
“okeanından” - yəni hava məkanından və kosmosdan gedir.
Yeni məkanların (xüsusilə də kosmosun) geosiyasi
qarşıdurma sxeminə daxil edilməsi münaqişə meydanını
faktiki olaraq daha da genişləndirir, mübarizə sisteminin
ümumi keyfiyyətlərini dəyişməsə də, konfiqurasiyasını
dəyişir. Beynəlxalq münasibətlər əvvəlki kimi yenə də “güc
mərkəzlərinin” – böyük dövlətlərin və/və yaxud da onların
ətrafında cəmləşən koalisiyanın dünyanın geosiyasi planda
əsas regionları uğrunda permanent (lat. permanens - daimi) mübarizəsi kimi qəbul olunur.
Lakin, atom silahının meydana gəlməsi, raket,
hərbi-dəniz və hərbi-hava qüvvələrinin bu silahla təchiz
olunması həm qarşıdurmaya, həm də kütləvi informasiya
vastələrinin mövzularına təsir edir. Bu vaxta qədər dünya
nizamının əsas seqmentləri arasında baş verən münaqişələr
geniş auditoriyaya əsas mərkəzlər – Quru (iqtisadiyyatın və
nəqliyyatın güclü olması) və Dəniz (böyük dövlətlərin
okeanlarda zəifliyi) arasında bir-birinə uyğunlaşmayan və
kifayət qədər güclü olan iki siyasətin davamı kimi, yəni
planetar miqyasda güc bərabərliyi kimi təqdim olunurdu.
Atom silahının yaranması ilə güc mərkəzləri
arasındakı qeyri-mütənasib qarşıdurma geosiyasi oyunların planını bir qədər dəyişir. Artıq bu dövlətlər əmin ola
bilmirlər ki, coğrafi cəhətdən bir-birindən uzaqda
yerləşmələri onların təhlükəsizliyini təmin edə bilər.
Bu dövrdə artıq mətbuatın iştirakı ilə müharibədən