İkincisi ona görə ki, atom enerjisinin sürətlə inkişaf
etdiyi bir şəraitdə atom silahının nəzarətsiz yayılaraq onun
hansısa siyasi təcavüzkar qrupların əllərinə düşə biləcəyi
səbəbindən nüvə kataklizmləri təhlükəsi getdikcə
artmaqdadır. Bu problem, eyni zamanda təbiətdən istifadə
olunmasında, həmçinin bəşəriyyətin həm təbiətlə harmonik,
həm də özü-özünə inkişafının yeni tarixi tipinə keçməsi
prosesində əsas problemdir.
Buna görə də jurnalistika geosiyasət məsələlərinin
işıqlandırılmasında iqtisadi, siyasi, hərbi-strateji, resurs,
həmçinin ümumdünya və regional güc balansının saxlanıl-
masında və dəyişməsində mühüm rol oynayan digər
məsələləri kompleks şəkildə izləməyə və işıqiandırmağa
çalışmalıdır.
Bunun üçün ilk növbədə biz jurnalistlər özümüz üçün
geosiyasətin nə olduğunu aydınlaşdırmalı, onun mahiyyətini
dərk etməliyik: Geosiyasət - xarici siyasətin siyasi