59
“fundamental geosiyasi dualizmdən” dəyişən geosiyasi
reallıqlara keçirirlər.
Demək olar ki, kütləvi informasiya
vastələrinin çıxışlarında siyasi,
iqtisadi və demoqrafik
motivlər getdikcə daha əhəmiyyətli yer tutmağa başlayır.
Beləliklə, geosiyasətdə,
o cümlədən onun ruporu olan
kütləvi informasiya vastələrinin beynəlxalq mövzuya aid
materiallarının məzmununda faktiki
olaraq sakit inqilab baş
verir. Əgər əvvəllər mətbuatda dövlətin xarici siyasətinin
fəallığının əsas motivi kimi onun
coğrafi vəziyyətlə izah
olunan maraqları ön plana çəkilirdisə və müstəsna olaraq
böyük dövlətlər məqalələrin
obyekti kimi götürülürdüsə,
indi beynəlxalq cəmiyyətin bütöv məkan-siyasi təşkili
məsələləri, ayrı-ayrı dövlətlərin və regional strukturların
transformasiyası, xüsusilə də Şimal –
Cənub münasibətləri
ön plana çıxır. Bundan əlavə, diqqət dünyanın
müxtəlif
nöqtələrində “böyük dövlətlər klubu” çərçivəsində inkişafa
və yeni “güc mərkəzlərinin” yaranması məsələlərinə
yönəldilirdi.
Dostları ilə paylaş: