77
əllərini yuması, İngiltərənin onun əlinə su tökməsi,
Rusiyanın şaha sabun verməsi, Türkiyənin isə ona dəsmal
uzatması təsvir olunur
41
.
Jurnalda çap olunmuş “İstambulda iğtişaş”
42
, “1905-ci
ilə qədər” və
“1905-ci ildən sonra”
43
, “Məşrutə mərəzi”
44
,
“Lyaxov və Məmmədəli”
45
adlı şəkillər də dövrün siyasi
proseslərini izləmək baxımından diqqəti cəlb edir.
Ümumiyyətlə, birinci dövrdə nəşr olunan qəzet və
jurnalların materialları ilə tanışlıq belə bir nəticəyə gəlməyə
əsas verir ki, həm informasiya qıtlığı, həm də çar rejiminin
ciddi senzurası milli mətbuatda xarici siyasət və beynəlxalq
həyat problemlərinin müstəqil şəkildə işıqlandırılmasına
imkan vermirdi. Lakin bu dövrün qəzet və jurnalları satira
üslubundan istifadə edərək, əsasən də kiçik informasiya
materiallarında və satirik şeirlərdə birinci dünya müharibəsi,
Rusiyanın bu müharibədə iştirakı, yeritdiyi müstəmləkəçilik
siyasəti, xarici ölkələrlə qarşılıqlı münasibətləri və bütün bu
proseslərin Azərbaycana təsiri məsələlərini, həmin dövrdə
yaşayan insanların dünyagörüşlərnə və dünyanı dərketmə
səviyyələrinə uyğun tərzdə əks etdirməyə nail olmuşlar.
Dostları ilə paylaş: