Yeni sənaye ölkələri qrupubazar iqtisadiyyatının,
elm və texnikanın durmadan inkişaf etdiyi, sənaye
məhsullarının istehsal və ixracının yüksək templə artdığı,
cəmiyyətdə azadlıq və demokratiyanın daha da
möhkəmləndiyi dövlətləri özündə birləşdirir. Cənubi
Koreya, Sinqapur, Malayziya, Tayvan və başqalarını buna
misal göstərmək olar.
Neft İxrac Edən Ölkələr Birliyi - OPEC (The
Organization of the Petroleum Exporting Countries).
Səudiyyə Ərəbistanı, Küveyt və OPEC-ə üzv olan digər
ölkələri bu qrupa daxil edirlər. Bu ölkələr XX əsrin son
rübü ərzində xaricə böyük həcmdə neft ixracı sayəsində öz
gəlirlərini kəskin şəkildə artıra bilmişlər. Eyni zamanda,
onlardan bəziləri neft dollarlarının, həmçinin bütün dünyada
həyata keçirdikləri aktiv və yüksəkgəlirli investisiya və
kredit-maliyyə əməliyyatları sayəsində iqtisadi inkişaflarını
və adamdaşına düşən ÜMM/ÜDM istehsalının həcmini
artıra bilmiş, öz vətəndaşlarının maddi rifah halını xeyli
yaxşılaşdırmışlar.