109
və müəyyən keyfiyyət səciyyələri əldə edərək əmək bölgüsü
prosesi ilə birlikdə strukturlaşır. Onlar təsdiq edirlər ki,
sosial mühitdə cəmləşmiş böyük qrupların
özlərinin
daxilində və ya bu qruplar arasında, həmçinin bütövlükdə
bu qruplarla cəmiyyət arasında olan qarşılıqlı informasiya
təsiri KİV-in struktur dəyişikliklərinin əsasını təşkil edir.
59
Keçən əsrin iyirminci illərində biznesin formalaşması
prosesində kommunikasiyanı təmin edən işgüzar jurnalisti-
kanın sürətlə inkişaf etməsini buna nümunə göstərmək olar.
Maliyyə kapitalının, maliyyə münasibətlərində yeni
əlaqələrin inkişafı
KİV-in müvafiq strukturlarını
formalaşdırır və onları yeniləşdirir. İqtisadi publisistikanın
yaranması və inkişafı cəmiyyətin iqtisadi əsasını təşkil edən
sosial-istehsal münasibətlərinin müəyyən təbəqəsinin
sərbəst struktura çevrilməsi prosesi ilə birbaşa bağlıdır. Bu
proseslər bir-birinə bağlılıqla yanaşı, həm də qarşılıqlı təsir
imkanlarına malikdir.
Jurnalistikanın cəmiyyətin iqtisadi həyatına, onun
xarakterinə, inkişaf səviyyəsinə və istiqamətlərinə təsiri isə
mətbuatın iqtisadi informasiya mənbəyi və kanalı olması ilə
müəyyən edilir.
60
Müasir iqtisadiyyatı bu cür informasiyasız
təsəvvür etmək mümkün deyildir. Digər mənbələrlə yanaşı
mətbuat və digər dövri nəşrlər iqtisadiyyatın bütün
sahələrinin normal fəaliyyət göstərməsi və inkişafı üçün
vacib olan informasiya və məlumatları iqtisadi
strukturlara
çatdırırlar. Bu xüsusiyyət həm kütləvi ictimai-siyasi qəzet
və jurnallara, həm də sənaye və ticarət müəssisələrinin,
şirkət və firmaların rəhbərləri, birja və bank işçiləri üçün
buraxılan işgüzar mətbuata aiddir. Lakin,
ictimai-siyasi
nəşrlərdən fərqli olaraq (yer çatışmazlığı və redaksiyalarda
59
Dostları ilə paylaş: