Fənn: Verilənlərin strukturu və alqoritmlər. İstisas: İnformasiya Texnologiyaları Kurs: I Müəllim : Orucova Elnara Məhərrəm qızı Mövzu 3 : Verilənlərin statik strukturları. Mövzu 3 : Verilənlərin statik strukturları. Bilirik ki, strukturun elementlərinin sayına və elementlər arasındakı əlaqələrə görə verilənlər aşağıdakı strukturlara ayrılır :
-Statik struktur;
-Yarım statik və yarım dinamik struktur ;
-Dinamik struktur.
Statik strukturları bir çox primitiv strukturlaşmış struktur təşkil edir. Məsələn, vektor (ardıcıllıq, sıra) qaydaya salınmış bir çox sayla təqdim edilmiş (təsəvvür edilmiş) ola bilər.Ardıcıl strukturlu verilənlər üçün elementlərin məntiqi ardıcıllığı onların fiziki ardıcıllığı ilə uyğun gəlir . Bu tip strukturlara vektor (siyahı), massiv, yazı, çoxluq misal ola bilər. Statik strukturlarda elementlərin sayı və onlar arasındakı əlaqələr dəyişmir.Elementləri eyni növdən olan və yaddaşda ardıcıl bir şəkildə olan informasiya strukturlarına sıra deyilir.
Tərifdə da qeyd edildiyi kimi, burada iki mühüm xüsusiyyət vardır:
1. Sıra tipik olaraq birdən çox elementdən ibarətdir və bu kadrlar eyni qəbildəndir.(bəzən müxtəlif də ola bilər)
2. Sıra elementləri yaddaşda ardıcıl bir şəkildə yer tutulurlar.
Proqramlaşdırma dillərində vektorlar, növ və uzunluq qeyd edilərək müəyyən bir sintaksislə yaradılırlar.
A : array [ 1..5 ] of byte;
Vektor. Vektor birölçülü massiv deməkdir. Vektorlarda məntiqi strukturlarla fiziki strukturlar eynidir. Vektorun məntiqi strukturu aşağıdakı kimidir:
{A1, A2, A3, A4 , A5}
A [3] – A massivinin 3-cü elementidir, A[3] indeksli dəyişəndir. İndeksli dəyişənin adi dəyişəndən heç bir fərqi yoxdur. Vektorun elementlərinin qiymətləri və onlar üzərində aparılan əməliyyatlar elementlərin tipi ilə təyin olunur.
A1
A2
A3
A4
A5
Əməli yaddaş
Massiv. Massiv elə strukturdur ki, onun hər bir elementi vektordur. Məsələn, vektorlar vektoru 2 ölçülü massiv, vektorlar vektorlarının vektoru 3 ölçülü massiv və s.
Massivin məntiqi və fiziki strukturu bir – birindən tamamilə fərqlənir. Məsələn, 2 ölçülü massivin məntiqi strukturu matrisdir, 3 ölçülü massivin məntiqi strukturu isə kubdur.
Vektorda olduğu kimi massivdə də elementlərin qiyməti və onlar üzərində əməliyyatlar elementin tipi ilə təyin olunur.
Yazı. Yazı müxtəlif tipli elementlər toplusudur, məntiqi baxımdan hər hansı obyektin elementlərinin xarakteristikalar toplusudur. Bildiyimiz kimi yazı müəyyən obyekti və ya obyektin elementini xarakterizə edən müxtəlif tipli elementlər toplusudur.
Yazı iyerarxik (ağacvari) struktura malikdir:
Şəkil 1.3. yazının strukturu Python proqramlaşdırma dilində 1 ölçülü massiv siyahı şəklində verilir. Siyahı- müxtəlif tipli nizamlanmış elementlər çoxluğudur. Elementlər [] içərisində qeyd olunur. Elementlərin indeksləri Bir ölçülü massiv , yaxud siyahı ,ardıcıllıq. Siyahının elementləri indekslərlə verilir. Siyahının elementləri üzərində müxtəlif əməliyyatlar icra etmək mümkündür.
len () -elementlərin sayı , a.append() – elementi siyahının sonuna əlavə edir, a.extend(b) - siyahını genişləndidrir yəni 2 siyahını birləşdirilir, a.insert (elementin indeksinin nömrəsi, əlavə olunacaq söz )- elementi lazım olan yerə əlavə edir , del a[]- indeksi yazılan elementi silir , a.pop() – indeksi yazılan elementi silir indeks verilməsə, sonuncu elementi silir, a.remove()- elementin özünü silir, a.clear() yaxud a=[] siyahıdakı bütün elmentləri silir, a.count() –siyahıda olan eyni elementləri sayır, min()və max()-siyahıda olan ən kiçik və ən böyük elementi tapır, a.sort()- siyahını azdan çoxa artma sırası ilə düzür.
Siyahının elementlərinin sayı len () funksiyası ilə təyin olunur Siyahının sonuna element əlavə etmək üçün a.append() funksiyasından istifadə olunur Siyahını genişləndirmək üçün a.extend(b) funksiyasından istifadə olunur
Siyahının hər hansı yerinə element əlavə etmək üçün a.insert (elementin indeksinin nömrəsi, əlavə olunacaq söz) funksiyasından istifadə olunur
Syahıdan elementlərin silinməsi üçün del a[2] operatorundan istifadə olunur.indeksə müraciət edir.
a.pop() funksiyası da elmenti silir. Əgər pop() funksiyasında yazılmazsa ,sonuncu elementi silər
Elementin silinməsi Hər iki funksiyada elementin indeksinə müraciət edir
Syahıdakı bütün elementləri silmək üçün a.clear() funksiyasından istifadə olunur. Yaxud da sadəcə a[] daxil edirik və siyahının bütün elementləri silinir.
Siyahıdakı elementin özünə müraciətdə və o elementi silmək üçün a.remove() funksiyasından istifadə olunur
Siyahıdakı elementi saymaq üçün, a.count() yəni həmin elementdən siyahıda nə qədər istifadə olunduğunu sayır
Siyahıdakı elementlərin müqayisəsi Bu zaman siyhıya daxil olan elementlər eyni tipdə olmalıdır. String tipli verilənlərin müqayisəsi Siyahının içərisində hər hansı bir neçə elementdən ibarət siyahı varsa , onu müəyyən etmək üçün
A[][] iki düz mötərizədən istifadə olunur.
Bu zaman 1ci mötərizədəki siyahının elementinin indeksini, 2ci mötərizədəki siyahı içərisindəki siyahının elementini göstərir.