111
vəziyyətə qədəm qoymuşdur. Müstəqilliyini yenidən bərpa
etmiş keçmiş sovet respublikalarında sırf
iqtisadi mövzuda
yazan xüsusi nəşrlərin sayı artmaqdadır və onlar dövlətlərin
yeritdikləri iqtisadi siyasətin xarakterinə nüfuz edə bilirlər.
Sovet dövründəki “ixtisaslaşma” iqtisadi mövzuda, xüsusilə
də maddi və mənəvi istehsalın inkişafının ayrı-ayrı
problemləri barədə seçilmiş publisistlərə və yaxud da
kütləvi informasiya vasitələrinə yazmaq hüququ verirdisə,
hazırkı şəraitdə vəziyyət köklü şəkildə dəyişmişdir. Müasir
iqtisadi ixtisaslaşma və yaxud da ixtisaslaşmış nəşrlərin
meydana gəlməsi ictimai həyatın bütün tərəflərinin yeniləş-
məsinə artan tələbatla izah olunur.
Postsovet məkanındakı yeni
müstəqil dövlətlərin, o
cümlədən, Azərbaycanın iqtisadi sistemi bağlı (mərkəzləş-
dirilmiş) və açıq (bazar) sistemlər arasındakı keçid dövrü
iqtisadiyyatı kimi xarakterizə olunur. Ona görə də bu
sistemə həm bağlı, həm də açıq iqtisadi sistemlərə,
həmçinin keçid dövrünə xas olan cizgiləri eyni dərəcədə
şamil etmək olar.
İqtisadi problemlərin KİV-də işıqlandırılmasına bu sa-
hədə islahatların aparılması mexanizmi də müəyyən təsir
edir. Təhlillər
göstərir ki, iqtisadi islahatlar bir neçə ardıcıl
mərhələni əhatə edir. İlkin mərhələdə iqtisadiyyatın köklü
surətdə dəyişdirilməsi, milli valyutanın tətbiqi, qiymətlərin
liberallaşdırılması, şəxsi mülkiyyətin legitimləşdirilməsi,
milli özəlləşdirmə proqramının hazırlanması və onun bütün
sahələrdə icrası həyata keçirilir.
İkinci mərhələdə makroiqtisadi stabilləşmə, vergi,
büdcə və bank sistemlərində, xarici iqtisadi fəaliyyət və
gömrük sahələrində münasibətlərin
tənzimlənməsi üçün
adekvat qanunvericilik bazasının yaradılması, beynəlxalq
kapitalın milli iqtisadiyyata cəlb edilməsi, bazar
infrastrukturunun inkişafı üçün şəraitin yaradılması, büdcə
112
kəsirinin azaldılması və s. istiqamətlərdə müvafiq işlər
aparılır.
Üçüncü mərhələdə islahatların daha da
dərinləşdirilməsi məqsədi ilə xüsusi proqram qəbul edilir.
Bu dövrün fərqləndirici
cizgiləri makroiqtisadi
stabilləşmənin davam etdirilməsindən, inflyasiyanın
azaldılmasından, istesalın canlandırılmasından və iqtisadi
artımın təmin edilməsindən ibarət olur.
Sonuncu etap, yəni yaşadığımız günləri əhatə edən
mərhələ dünyada baş verən maliyyə böhranı ilə (2008-2010-
cu illər) əlaqədar iqtisadi vəziyyətin pisləşməsinə, mineral-
xammal ixracının azalmasına, əhalinin aztəminatlı
təbəqəsinə dövlət tərəfindən sosial yardımın göstərilməsinin
çətinləşməsinə operativ cavab
olaraq büdcənin yenidən
nəzərdən keçirilməsi və büdcə istiqamətlərinin
dəyişdirilməsi ilə xarakterizə olunur. Əlbəttə, bu mərhələdə
hər bir ölkənin özünün inkişaf səviyyəsi, milli və transmilli
oriyentirlərin nəzərə alınması xüsusi rol oynayır.
İqtisadi vəziyyətin yaxşılaşdırılması sahəsində
hökumət tərəfindən görülən tədbirlərin KİV-də
işıqlandırılması insanlarda müəyyən iqtisadi düşüncələr
yaratsa da, geniş mənada yeni
iqtisadi təfəkkürün
Dostları ilə paylaş: