Mətbuat tərəfindən dünya iqtisadiyyatının və beynəlxalq iqtisadi fəaliyyətin liberallaşmasının dəstək- lənməsi (hər zaman ardıcıl bir xətt üzrə aparıla bilməz).Bu,
beynəlxalq mal dövriyyəsi, xidmət, intellektual mülkiyyət,
əmək, kapital, maliyyə resurslarının hərəkətinə mane olan
əngəllərin zəifləməsi və aradan qaldırılmasının zəruriliyinin
təbliğində özünü göstərə bilər.
3.
Mətbuatda dünya iqtisadiyyatının regionlaş- ması və qloballaşması ideyalarının işıqlandırılması. Bu
özünü bütün kontinentlərdə dövlətlərarası iqtisadi birliklərin
(azad ticarət zonaları, gömrük ittifaqları, “ümumi bazarlar”,
iqtisadi birliklər və s.) yaradılmasında büruzə verə bilər.
Dövlətlərarası iqtisadi birliklərin yaradılması iştirakçı
dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı üçün münbit
şərait yarada bilər. Biz Avropa İttifaqını regional iqtisadi
inteqrasiya sahəsində gözəl nümunə kimi göstərə bilərik. Aİ
hazırda 25 ölkəni birləşdirir.