125
dinləyiciləri və internet istifadəçiləri) bu cür sorğuların
aparılması, onun nəticələrinin düzgün qiymətləndirilməsi və
bu nəticələrin KİV-in fəaliyyətinə düzgün tətbiq edilməsi
medianın iqtisadi problemlərin həllində iştirakının
səmərəliliyini əhəmiyyətli dərəcədə artırır, bu şərtlə ki,
sorğuya mütləq həm ölkədəki (şərti olaraq), həm də
dünyadakı iqtisadi situasiyanın KİV-lər tərəfindən obyektiv
və ya qeyri- obyektiv, tam və ya natamam işıqlandırılması
və s. parametrlər daxil edilsin və bu zaman respondenrlərin
məşğulluq üzrə qrupları, cinsi, yaşı, təhsilləri, gəlirləri,
yaşayış məntəqələrinin növləri və s. məqamlar nəzərə
alınsın, konfidensiallıqları təmin edilsin. Bu cür yanaşma,
respondentlərin fikrincə, informasiyanın natamam
olduğunu, çox şeyin əhalidən gizlənildiyini (“informasiya
tam deyildir, yalnız qısa xırdalıqlar verilir”, “iqtisadiyyatda
nələrin baş verdiyini bizdən gizlədirlər”, “KİV-də bizim
iqtisadiyyatımız barədə heç nə verilmir, başqa ölkələrdən
danışılır”), onların KİV-ə, onun verdiyi informasiyaya və bu
informasiyanın həqiqiliyinə inanmadıqlarını (“aldadırdılar,
aldadırlar və yenə də aldadacaqlar”, “yalan danışırlar”,
“televizorda deyilənlərə tam inanmıram” və s.) ortaya
çıxarır. Fikri soruşulanların bir hissəsi KİV-in “insanlarda
təlaş yaratmaqdan çəkindiynə əmin olduqlarını”, “vəziyyəti
yumşaltmağa çalışdığını” bildirirlər. Bəziləri KİV-in
“dövlətdən çəkindiyini”, öz təcrübələrinə əsaslanaraq,
“qəzetdə, televiziya və radioda, internetdə verilən
informasiyanın gündəlik həyatla düz gəlmədiyni” bəyan
edirlər.
Adətən, hansı ölkədə keçirilməsindən asılı olmayaraq,
respondenrlərin böyük bir hissəsi “KİV-lər tərəfindən
dünyadakı iqtisadi vəziyyətin obyektiv və ya qeyri-
obyektiv, tam və ya natamam işıqlandırılırmı?” sualına
cavab verməkdə çətinlik çəkdiklərini bildirirlər. KİV-in
obyektivliyinə inanmayanlar öz mövqelərini informasiyanın
126
gizlədilməsi (“belə hiss edirik ki, həmişə nəyisə gizlədirlər”,
“çox şeyi gizlədirlər”, “bizə heç nəyi demirlər”, “Bütün
həqiqəti demirlər”, “axıradək demirlər”), həmçinin onun
təzadlı xarateri və bütövlükdə, KİV-ə inamsızlıqla
(“həqiqəti demirlər”, “müxtəlif kanallarda müxtəlif fikirlər
söylənilir”, “qəzetdə bir şey yazırlar, radioda başqa şey
deyirlər”, “vəziyyəti birtərəfli işıqlandırırlar”, “bizdə
vəziyyət başqa ölkələrdən yaxşıdır”) əsaslandırırlar. Az rast
gəlinsə də, jurnalistlərin səriştəsizliyini, qeyri-peşəkarlığını
qeyd edənlər də olur. Göründüyü kimi, dünyadakı iqtisadi
vəziyyətlə bağlı milli KİV-in obyektivliyi ilə əlaqədar
söylənilmiş mülahizələrin balansı ölkədəki (istənilən)
iqtisadi situasiya ilə əlaqədar fikirlərdən fərqli olaraq media
ictimaiyyəti üçün daha xoşagələndir.
Bu cür tədqiqatlar zamanı sorğu vərəqlərinin hazırlan-
ması, sualların müəyyən edilməsi, sorğunun keçirilməsi və
onun nəticələrinin təhlili proseslərində jurnalist ictimaiyyəti
təmsilçilərinin birbaşa iştirakı jurnalistlərə problemə
daxildən nəzər salmağa imkan verə bilər. Bu da öz
növbəsində həm jurnalistlərin peşəkarlığının artmasını,
səriştəli təhlillərin aparılmasını, problemin adekvat həlli
yollarının müyyən edilməsini və nəhayət onların həllində
medianın iştirakının səmərəliliyinin yüksəlməsini
şərtləndirən əsas amillərdən biridir.
Nümunə üçün bu cür sorğu vərəqlərinin layihələri
(müxtəlif vəziyyətlər üçün, suallar və cavabların nəticələri
daxil olmaqla, diaqram və cədvəllər şəklində) mövzu
mətninin sonuna edilmiş əlavələrdə təqdim olunur (bax: səh.
131-136).
Qlobal iqtisadi problemlərin KİV-də işıqlandırılması
sahəsində diqqəti cəlb edən əsas məsələlərdən biri də
Dostları ilə paylaş: