Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


iqtisadi publisistikanın janr və  məzmun formaları



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə102/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   284
iqtisadi publisistikanın janr və  məzmun formaları 
məsələsidir. Bir sıra jurnalistika tədqiqatçıları belə hesab 
edirlər ki, jurnalist yazıları materialın oxucuya təqdim 


127 
 
olunmasının aydın və canlı, empirik və rasional, monoloq 
və dialoq şəklində formalarının optimal qarşılıqlı  əlaqələri 
üzərində qurulur. İqtisadi publisistikaya gəlincə isə, burada 
canlı (bədii) və empirik (emosional) formaların əlaqələrinin 
mövcudluğu barədə  əminliklə fikir söyləmək bir qədər 
çətindir.  İqtisadi publisistika özünün səciyyəvi yaradıcılıq 
və janr formalarına malikdir və jurnalist-iqtisadçılar 
tərəfindən bütövlükdə publisistikaya xas olan, o cümlədən 
bədiilik və canlılıq elementlərindən istifadə olunmasına 
nadir və yaxud da xüsusi hallarda rast gəlinir. İqtisadi prob-
lematika onun özünə aid olan - problemin tədqiqində son 
dərəcə dəqiqlik, sosial və ictimai kəskinlik, istifadə olunan 
bütün faktların səhihliyi və yoxlanılmasi kimi elementlər 
bədiilik, canlılıq və mətnin üslub cəhətdən həddindən artıq 
bəzədilməsi elementləri ilə bir araya sığmır.
63
  
Ümumiyyətlə, jurnalist yazılarının aşağıdakı kompo-
zisiya strukturları vardır və onlar iqtisadi mövzuda yazılara 
da aiddir: 
 
a)
 
ekspozisiya, yaxud problemə giriş; 
b)
 
problemin təsvir olunan hadisəyə  ən azı iki biri-
birinə zidd mövqeyin müqayisəsini nəzərdə tutan qoyuluşu 
(süjetə girişin analoqu); 
c)
 
“tezis”in həqiqiliyinin sübut edilməsinin və “antite-
zis”in inkar edilməsinin əsaslandırılması (hadisələrin inkişa-
fının ekvivalenti); 
d)
 
“tezis” və “antitezis”in müqayisəsindən irəli gələn 
bir növ “sintezis” (kulminasiyanın ekvivalenti) şəklində 
tövsiyə; 
e)
 
ümumiləşdirilmiş qiymətləndirmə. 
 
                     
63
 
Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı. “Elm” 
nəşriyyatı, 2006. səh. 244-260; Rüstəmov A.R. Jurnalistika. Bakı 
Universiteti nəşriyyatı. Bakı, 2005. səh. 175-194. 
 
128 
 
Publisistikanın hər bir növünün özünün spesifik xü-
susiyyətləri vardır.  İqtisadi publisistika araşdırmalardan 
sonra müvafiq yekunun vurulması, aparılmış eksperimentlər 
barədə söhbət, mövcud təcrübənin ümumiləşdirilməsi, 
mövcud nailiyyətlərin göstərilməsi və nöqsanların tənqidi 
kimi istiqamətlərlə  sıx bağlıdır. Bu istiqamətlərin dialektik 
vəhdəti və aparılan iqtisadi islahatlarda mövcud olan 
orqanik qarşılıqlı  əlaqələr ali qanunvericilik orqanlarının 
qəbul etdikləri hüquqi sənədlərin siyasi məzmununda da 
özünün ümumiləşdirilmiş 
əksini tapır. Publisistik 
materiallarda iki obraz irəli sürülə bilər – müsbət (təlqin 
üçün nümunə), ya da mənfi (necə  hərəkət etməməyi 
göstərən) nümunə. 
Hər bir ölkənin iqtisadi həyatında baş verən proseslər 
kütləvi informasiya vasitələri üçün zəngin material verir. 
Müasir iqtisadi situasiyanın KİV-də özünəməxsus  şəkildə 
əksini tapması keçid dövrünün iqtisadi problemlərinin 
həddən artıq çoxluğu ilə bağlıdır. Onların  ətraflı  şəkildə 
nəzərdən keçirilməsi bu qrupu “vahid iqtisadi problemlər” 
adlandırmağa imkan verir. Müasir dövrdə, xüsusilə  də 
meydana gələn sosial problemlərin çağdaş jurnalistikada 
vaxtında aşkar edilməsi, həmçinin onların təhlili və  həlli 
üçün konstruktiv təkliflərin verilməsi böyük əhəmiyyət kəsb 
edir.  
Problemin müasir kütləvi informasiya vasitələrində öz 
əksini yazılı formada tapması, səsləndirilməsi və ya 
nümayiş etdirilməsi müəyyən konkret xarakter daşıyır və 
nominativ əhəmiyyətə malik olur. Bu zaman jurnalist təhlil 
üçün həm obyektə, həm də predmetə malik olur. Kütləvi 
informasiya vasitələri iqtisadi problemlərin təhlili 
baxımından, adətən qəzet-jurnal təhlillərinə üstünlük 
verirlər. Materialın nəşr formasında təqdim edilməsi 
meydana gəlmiş problemin informasiyanın verilməsi 


129 
 
baxımından dəqiq təhlilinin aparılmasına daha geniş 
imkanlar açır.  
Situasiyanın inkişaf xüsusiyyətlərindən çıxış edərək 
demək olar ki, oxucunun mövzuya “geniş  mənada” 
dayanıqlı maraq göstərməsi bu mövzunun daim yenilik 
elementlərinə malik olması, geniş diskussiya aparmaq 
imkanları, konstruktiv tənqid,  şəxsi qiymətləndirmə, 
insanların sosial-siyasi, iqtisadi və digər maraqları, 
eksperimental yoxlama imkanları, problemin aktuallığı və s. 
ilə izah olunur.  
Müstəqillik illərində iqtisadi problematikanın 
Azərbaycan mətbuatında özünə geniş yer tutması və inkişafı 
publisistikanın  analitik  şərh janrını sözün həqiqi 
mənasında yenidən mətbuat səhifələrinə qaytarmışdır. Əgər 
yazı bu janrda hazırlanmışdırsa, publisistik materialın məğzi 
yalnız sadəcə olaraq cəmiyyətdə “səs-küy yaradan” və ya 
“kiməsə toxunan” kəskin, aktual problemə diqqətin cəlb 
edilməsindən ibarət olmur. O, eyni zamanda problemin 
başqa KİV-lərdə  də geniş müzakirə olunmasına  şərait 
yaradır. 
Metod kimi, şərh özünü bütün analitik janrlarda 
göstərə  bilir.  Müasir  qəzet, teleradio və internet 
jurnalistikasında  şərh auditoriyanın diqqətini ciddi ictimai 
maraq kəsb edən aktual fakta yönəltmək, şərh edilən faktın 
vacibliyini anlamaq, şərh olunan hadisənin gələcək 
inkişafını proqnozlaşdırmaq, misallara və nümunələrə 
əsaslanaraq problemin həlli yollarını göstərmək 
məqsədlərini daşıyır.
64
  
Qlobal iqtisadi problemlərlə bağlı verilən  şərhlər 
özünün səciyyəvi xüsusiyyətlərinə malikdir. Bu şərhlər ilk 
növbədə cəmiyyətdəki iqtisadi problemlərlə əlaqədar başqa-
                     
64
 
Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı. “Elm” 
nəşriyyatı, 2006. səh. 254.
 
130 
 
ları tərəfindən də aktual və maraqlı şərhlərin verilməsinə yol 
açır. Bu, hər şeydən əvvəl problemin həlli sahəsində beynəl-
xalq təşkilatların və hökumətlərin qəbul etdiyi qərarlar, 
xidmət qurumlarının fəaliyyəti, qiymət artımları, tariflər və 
s. Sahələrdə daha qabarıq  şəkildə özünü büruzə verir. 
Adətən,  şərhin müəllifi tanınm Adətən,  şərhin müəllifi 
tanınmış jurnalistlər, ya da sahə üzrə mütəxəssislər olurlar. 
Şərhçi seçilərkən sözügedən sahədə az tanınan mütəxəs-
sislərin cəlb oluması fikrindən uzaq olmaq tövsiyə olunur. 
Jurnalist-iqtisadçılar üçün irəli sürülən  əsas tələblər-
dən biri də odur ki, onlar qlobal iqtisadi problemlərin həlli 
məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların fəaliyyət-
lərini müntəzəm olaraq izləməli, onların və hökumətlərin bu 
sahədə həyata keçirdikləri tədbirlər və əldə olunan nəticələr 
barədə məlumatlı olmalıdırlar. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin