147
Yaşamaq və yüngül fiziki əməklə məşğul olmaq üçün
ərzağa olan tələbatın minimal miqdarı sutkada 2200
kkaloriyə
(lat. calor – istilik, hərarət deməkdir - 100 q.
qidanıın insan orqanizmində həzmindən əldə olunan
enerjinin kəmiyyətini ifadə edir) bərabər olmalıdır. Gün
ərzində 1520 kkaloridən az
qida qəbul edən insanlar ac
hesab edilirlər. FAO-nun verdiyi məlumata görə, inkişaf
etməkdə olan ölkələrin əhalisinin 60 %-i minimal həddən
300 kkalori az qida qəbul edir. İnkişaf etmiş ölkələrdə isə
qida qəbulunun orta səviyyəsi müəyyən olunmuş minimal
həddən 600 kkalori yüksəkdir.
Bu təşkilatın “Aclıq və yoxsulluğun 2008-ci il
səviyyəsi” barədə hazırladığı hesabatda dünyada aclıq və
səfalət təhlükəsində yaşayan insanların sayının 850
milyona
bərabər olduğu bildirilir. FAO-nun məlumatına görə, bu
rəqəm 2010-cu ildə 870 milyonu, 2012-ci ildə isə 1 milyardı
keçmişdir.
69
Onların 800 milyonu inkişaf etməkdə olan və
ya inkişafa yenicə başlayan ölkələrin payına düşür və bu
insanların sayı getdikcə artmaqdadır. Maraqlıdır ki, hətta
inkişaf etmiş ölkələrin də əhalisinin müəyyən hissəsi
aclıqdan əziyyət çəkir və bu rəqəm 16 milyona bərabərdir.
FAO-nun Romada keçirilən sammitində BMT Baş katibi
Bən Ki Mun dünyanın zəngin
dövlətlərinə müraciət edərək,
qlobal ərzaq böhranını cilovlamaq üçün sərt və təcili
tədbirlər görməyə səsləmişdir. O, xüsusilə ABŞ və Avropa
ölkələrini ərzaq tariflərini və subsidiyaları azaltmağa
çağıraraq deyib ki, bu, inkişaf etməkdə olan ölkələr üçün
bəla mənbəyidir. Son aylar ərzaq qiymətlərinin artması 40
ölkədə iğtişaşlara gətirib çıxarmışdır. 2009-cu ildə aclıqdan
69
http://www.milli.az/news/politics/140691.html.
148
əziyyət çəkənlərin sayı 2008-ci ilə nisbətən 105
milyon
artıb. Bu, qiymətlərin yüksək olması ilə bağlıdır.Baş katib
həmçinin dünyanın ən çox ehtiyacı olan hissələrindəki
fermerləri toxum, gübrə və avadanlıqlarla təmin etmək üçün
təcili olaraq 1.7 milyard dollar ayırmağa çağırıb.
70
Ümumiyyətlə, dünyada nə qədər insanın aclıq içində
yaşaması barədə suala dəqiq cavab vermək o qədər də asan
deyildir. Birincisi, bəzən məhsul olmayan illər (qıtlıq)
məhsulun bol olduğu illərə çevrilir və bu zaman aclığın
miqyası kəskin şəkildə (lakin, müvəqqəti) azalır. İkincisi,
aclıq çəkənlərin sayı, onu hesablayanlardan asılı olaraq,
müxtəlif olur. Əgər FAO bu rəqəmin 870 mln. olduğunu
bildirirsə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
onların 1 mlrd., Fransa Aclıq Əleyhinə Komitəsi isə 1,2
mlrd. olduğunu göstərir.
Ac qalanlar və doyunca
yeməyənlər dünya əhalisinin
müvafiq olaraq 15 %-ni və 12,7%-ni təşkil edirlər, yəni
dünya əhalisinin 1/3-i aclıqdan və doyunca yeməməkdən
əziyyət çəkir. Bu isə o deməkdir ki, dünyanın ərzaq
təhlükəsizliyi böhran vəziyyətindədir. Dünya əhalisinin
daha 2 milyardı isə kifayət qədər həyati əhəmiyyətli mikro-
element: yod, dəmir, A vitamini və s.
qəbul etmədiyinə görə
gizli aclıq formalarından əziyyət çəkir. Mikroelementlərin
uzun zaman qəbul edilməməsi ciddi xəstəliklər əmələ gətirir
və insanın ömrünü xeyli gödəldir. 3 milyard insan zülal
çatışmazlığından əziyyət çəkir. Zülal azlığı xüsusilə
uşaqlara məhvedici təsir göstərir.
Son 25-30 il ərzində aclığın və doyunca yeməməyin
70
http://www.bbc.co.uk/azeri/news/story/2008/06/printable/080603_bmt.s
html.
149
coğrafiyasında müəyyən dəyişikliklər əmələ gəlmişdir. Əgər
kəçən əsrin 70-ci illərində Şərqi Asiyada təxminən 500
milyon doyunca yeməyən insan (dünya
səviyyəsinin
yarısından çoxu) var idisə, Afrikada, Böyük Səhradan
cənuba doğru onların sayı 10 % təşkil edirdisə, sonrakı
illərdə aclıq daha çox Afrikaya doğru yerini dəyişir. 90-cı
illərin başlanğıcında Şərqi Asiya ölkələrində xroniki
doyunca yeməyənlərin sayı iki dəfə azalır, onların əhalinin
tərkibindəki çəkiləri isə 44 %-dən 16%-ə düşür.
Bununla
bərabər, tropik Afrika ölkələrində doyunca yeməyənlərin
sayı iki dəfə artır və 175 milyona çatır və əhalinin 37 %-ni
təşkil edir, yəni hər üçüncü sakin xroniki olaraq doyunca
yemir. Uşaq ölümünün yüksək olduğu bu ölkələrdə ömrün
orta uzunluğu heç 50 yaşa da çatmır.
Dostları ilə paylaş: