İnkişaf etməkdə olan ölkələrdə aclıqdan əziyyət
çəkənlərin kəmiyyət göstəriciləri
(mln. nəfərlə)
region
illər
1969 –
1971-ci llər
1971 – 1981-
ci illər
1983 – 1985-
ci illər
2008 –2012-
ci illər
Afrika
92 110 140
265
Asiya və
Sakit okean
281 288 291
642
Latın
Amerikası
51 52 55
53
Yaxın və
Orta Şərq
35 24 26
42
Cəmi 460
475 512
1 mlrd.
150
Əvvəlki kimi, Cənubi Asiya ölkələrində aclıqdan
əziyyət çəkənlərin sayı çoxdur. Burada əhalinin 24 %-ni
aclar və doyunca yeməyənlər təşkil edirlər. Asiya
ölkələrində
ərzaqla bağlı
vəziyyətin yaxşılaşması
yüksəkməhsuldarlı düyü və buğda toxumlarının səpininin
genişləndirilməsi və mineral gübrələrdən istifadənin
artırılması ilə (yaşıl inqilab) izah olunur.
Ac qalanların mütləq sayına görə dünyada birinci yeri
Cənubi və Cənubi-Şərqi Asiya regionu tutur. İnkişaf
etməkdə olan ölkələrdəki acların ümumi sayının yarıdan
çoxu bu regionda yaşayır. Nisbi göstəriciyə görə isə Afrika
liderlik edir. Latın Amerikası, Yaxın və Orta Şərq üçünsə,
bu təzahür o qədər də xarakterik deyildir.
Bu ölkələrdə gündəlik kalori qəbulu tibbi normanı
keçmir, zülal (protein) qəbulu isə tibbi normaya tam uyğun
gəlmir. İnkişaf etməkdə olan ölkələrin böyük əksəriyyəti
üçün bitki rasionunun qəbulu daha xarakterikdir. Həm də
burada qida rasionunda adətən bir-iki ərzaq növü üstünlük
təşkil edir. Ərzaq məhsulları ilə qeyri-kafi təminat
insanların orta ömür uzunluğunun göstəricilərinə mənfi təsir
göstərir. Bu, eyni zamanda, onların sağlamlığına, fiziki iş
qabiliyyətinə, xəstəliklərə qarşı müqavimətinə, müasir
yüksəksəviyyəli texnolojı istehsal proseslərinə adaptasiya-
larına da təsir edir. Hər il dünyada bilavasitə aclıqdan 13-18
mln. insan ölür və onların ¾ -nü uşaqlar təşkil edir.
Mütəxəssislərin fikrinə görə, insanın normal
qidalanması üçün onun hər 1 kq. çəkisi üçün 40-46 kalori,
hamilə qadınlara, uşaq əmizdirən analara və 10 yaşına qədər
uşaqlara isə daha çox kalori tələb olunur. Ümumiyyətlə,
insanın orta gündəlik qida rasionu 2500 kaloridən az
olmamalıdır. Əlbəttə, bu mütləq surətdə yüksək hədd deyil.
O, yerli iqlim şəraitindən, fərdin fizioloji tələbatından, əmək
fəaliyyətinin intensivliyindən və s. asılı olaraq dəyişə bilər.
Bununla yanaşı, qəbul olunmuş kalori özü-özlüyündə insanı
151
gizli aclıqdan xilas edə bilmir. Məsələn, mədəni hər gün
batat (şirin kartof) və düyü ilə doldurmaq, lakin bu zaman
orqanizmdə bir sıra qida elementləri çatışmadığı üçün
xroniki yararlı kimi qalmaq mümkündür.
Məhz bu təzahür, yəni hər hansı bir ərzağın
dominantlığı bir çox xalqların qidalanmasında müşahidə
olunur. Bu da pəhrizə yeknəsək
xarakter verməklə yanaşı,
həm də gizli aclıq formalarına gətirib çıxarır. Məsələn,
Cənubi və Cənubi-Şərqi Asiyanın bir çox ölkələrində
ənənəvi olaraq qida rasionunun 70 %-i, İndoneziyanın Qərbi
Yava rayonlarında isə 90 %-ə qədəri düyüdən ibarət olur.
Bu da yerli əhalinin sağlamlığına təsirsiz ötüşmür, insanlar
beri-beri (vitaminsizlik) xəstəliyindən əziyyət çəkirlər.
Afrikanın savanna zonalarında daha çox darıkimilər
(kalış daxil olmaqla) əkib-becərirlər. Burada yaşayan əhali
40 %-ə qədər kalorini həmin bitkilərdən alır. Qitənin
meşəlik zonalarında yerləşən ölkələrdə isə əhalinin qida
rasionunda kökkimilər – yams (kökündən kraxmal alınır),
maniok (kökündən un hasil edilir) və batat üstünlük təşkil
edir.
Latın Amerikasında daha ciddi vəziyyət yaranmışdır.
Meksikada, Mərkəzi Amerikanın ayrı-ayrı ölkələrində və
hindilərin məskunlaşdıqları ərazilərdə isə daha çox
qarğıdalıdan istifadə edirlər. Məsələn, Qvatemalada əhali
kalorinin 60 %-ni qarğıdalıdan alır.
Hindistan və Banqladeş də aclıqdan əziyyət
çəkənlərin sayına görə Afrika ilə eyni vəziyyətdədirlər. Eyni
zamanda, buradakı vəziyyət kəskin sosial bərabərsizlik,
kənd təsərrüfatında iri torpaq sahiblərinin hökmranlığı,
yoxsul kəndli kütləsinin əlində geniş torpaq sahələrinin
olmaması
və s. buradakı
vəziyyəti daha da
mürəkkəbləşdirir. Latın Amerikası ölkələrinə gəlincə isə,
burada on milyonlarla ac və doyunca yeməyən insanların
olmasına baxmayaraq (Qvatemala, Honduras, Peru, Haiti və
152
s.), vəziyyət o qədər də gərgin deyildir.
“Dünyanın aclıq qütbü” adlandırılan Afrikada əhali
dünyanın bütün regionlarının sakinlərindən pis qidalanır.
XX əsrin sonu, XXI əsrin əvvəllərində bu qitənin 150 mln.
sakini aclıq və doyunca yeməmək təhlükəsi ilə üz-üzə qalıb.
Vaxtaşırı baş verən quraqlıqlar nəticəsində yaranmış kəskin
ərzaq çatışmazlığı qitənin Sahel bioiqlim zonasında (Böyük
Səhra və savannanın kəsişməində) yerləşən bir çox
ölkələrini ciddi təhlükə ilə üz-üzə qoymuşdu.
Fransanın “Mond” qəzeti 80-ci illərin sonunda
Sudanın aclıq girdabında qovrulan şəhər və kəndlərini bu
cür təsvir edirdi: - quraqlıqdan çat-çat olmuş torpağın
üstündə oturan, skeletləri sanki dəriyə bükülmüş uşaqların
gözləri bir nöqtəyə zillənmişdir. Üzgün sifətli qadınlar
səssiz-səssiz ağlayırlar. Sinələri çökmüş kişilər yalvarıcı
baxışlarla əcnəbilərə bir ovuc durra (sorqonun bir növü. –
İ.M.) və ya bir necə litr su müqabilində öz xidmətlərini
təklif edirlər. Cırıq kiş parçalarından olan çadır cərgələri
sonsuzluğa qədər uzanıb gedir. Hər tərəf aclıqdan ölmüş
keçi, inək və dəvə leşləri ilə doludur. Minlərlə sudanlı da
aclığın qurbanı olmuşdur.
1980-ci illərdə Afrikada baş vermiş kütləvi aclıq
qaçqınlar problemini də kəskinləşdirir. İnsanlar qida və su
tapmaq ümidi ilə böyük kütlə halında qızmar günəş altında
qovrulan səhralarda dolaşırdılar. Səhraları piyada keçmək
iqtidarında olmayan qocaları isə evlərdə atıb (demək olar ki,
ölümlə baş-başa) gedirdilər. Üzücü yollarda aclıqdan,
doyunca yeməməkdən, susuzluqdan və müxtəlif mədə
xəstəliklərindən hətta gənclər də məhv olurdular. Şahidlərin
söylədiklərinə görə, başlarını itirmiş
qadınlar uşaqlarını
xilas etmək üçün yalvarır, onları bir kisə durraya dəyişməyi
təklif edirdilər. Bu və buna bənzər digər mənzərələr
aclıqdan ölən minlərlə insanın faciəsini bütün çılpaqlığı ilə
nümayiş etdirirdi.
|