XX əsrin ikinci yarısında dünya mətbuatında ərzaq
probleminin həlli istiqamətində əsas yer tutan mövzulardan
biri «yaşıl inqilab» mövzusudur. Yaşıl inqilab mövzusu ilə
həmin dövrdə yüksəkməhsullu dənli bitki növlərinin əkilib-
becərilməsi, kimyalaşdırma və mexanikləşdirmə prosesləri
geniş işıqlandırılırdı (qarğıdalı).
Mətbuat həmçinin bu problemin həlli üçün inkişaf etməkdə olan ölkələrin təhsil sistemlərinə də diqqəti cəlb edir və göstərir ki, bu öləklərdə təhsil sistemi «fiziki texno-
logiyalara» daha şox bağlı qalmışdır, yəni əsas diqqət
mühərriklərin və dəzgahların istismarı üzrə mütəxəssislərin
hazırlanmasına yönəldilir. Əslində isə müasir şəraitdə
biotexnologiya üçün mikrobioligiya, fermentasiya,
elektronika və proqramlaşdırma üzrə mütəxəssislər
lazımdır.
KİV-də hətta belə ideyalara da rast gəlinir ki, dünya
ərzaq problemini süni, sintetik qida ilə həll etmək olar və bu
ideya böyük maraqla müzakirə olunur. Belə hesab olunur ki,
ərzaq məhsullarının sintezi, xüsusilə də zülalların sintezi
aclıqla bağlı sosial-iqtisadi gərginliyi, həmçinin təbii
şəraitlə bağlı ərzaq məhsulu qıtlığını və pəhriz ərzağı
problemini aradan qaldıra bilər. Eyni zamanda belə bir
məsələyə də diqqət yetirilir ki, sintetik qida böyük bir elmi
163
problemdir və ona lazımi diqqətlə yanaşmaq lazımdır.