KİV ərzaq probleminin həlli üçün ərzaq yardımını iqtisadi yardım növlərindən biri hesab edir. Lakin,
həqiqətdə inkişaf etməkdə olan ölkələrə ərzaq «artığının»
gödnərilməsi yardım elementi kimi mürəkkəb bir prosesdir.
Bununla əlaqədar dünya jurnalistikasında ərzaq artığının
göndərilməsinin yardım hesab olunub-olunmamsı ilə bağlı
müxtəlif mövqelər mövcuddur. Məsələn, Avropa mətbuatı
iqtisadçı Kennet Boudinqin hələ 1957-ci ildə tərtib etdiyi
bir mexanizmiəsas tutaraq, belə hesab edir ki, ödənişsiz
ərzaq yardımı yerli iqtisadiyyatı dağıdır və bu prosesi
«acınacaqlı teorem» adlandırır.