yaşıl inqilab - kompleks
mexanikləşdirilmə və avtomatlaşdırılma, bitkilərin və
heyvanların qorunması üçün kimyəvi və digər vasitələrin
geniş
tətbiqi, onların artım stimullaşdırıcılarının,
yüksəkməhsuldarlı növlərin yaradılması, bio- və digər ən
yeni texnologiyaların həyata keçirilməsi yolu ilə kənd
təsərrüfatı istehsalının həcminin artırılması prosesi təşkil
edir.
Bu cür tədbirləri geridə qalmış ölkələr də həyata ke-
çirməlidirlər. Hərçənd, istisna etmək olmaz ki, “yaşıl
inqilab”ın bəzi neqativ tərəfləri də var – kənd təsərrüfatı
məhsullarının və ətraf mühitin kimyəvi, bioloji və s. yolla
çirklənməsi baş verir. Deməli, ekoloji cəhətdən təmiz
olmayan ərzağın insanların sağlamlığına ziyan vurması
ehtimalı artır.