155
problemlidir. Qara qitənin təxminən 15 ölkəsində əhalinin
artım tempi 3 %-i keçmişdir. Latın Amerkasının da bəzi
ölkələrində (Karib hövzəsi) artım tempi çox yüksəkdir.
Bütün bunları nəzərə alaraq,
bəzi mütəxəssislər
inkişaf etməkdə olan ölkələrdə ərzaq probleminin həllini
düzgün demoqrafiya siyasətinin aparılması ilə
əlaqələndirirlər. Onlar problemin həlli kimi doğumun
məhdudlaşdırılmasını təklif edirlər. Həmçinin, “üçüncü
dünya”da aclığın aradan qaldırılması sahəsində özünü hələ
XX əsrin 60-cı illərində büruzə vermiş “yaşıl inqilab”a
böyük ümid bəsləyirlər. Əvvəllər bu anlayış altında əsasən
praktik olaraq keyfiyyətcə yeni dənli bitki sortlarının tətbiqi
başa düşülürdü və bu sortların ənənəvi sortlardan fərqli
olaraq tropik və subtropik şəraitdə yüksək məhsul
verəcəyinə inanırdılar. Lakin, sonralar “yaşıl inqilab”
terminini, ənənəvi əkinçiliyin modernləşdirilməsi üzrə aqro-
texniki tədbirlər də daxil olmaqla,
daha geniş mənada
işlətməyə başlamışlar.
Son 30 ildə adambaşına düşən orta ərzaq qəbulu 18 %
artmışdır. Dünyadakı aclıq problemi dünya kənd təsərrüfatı
potensialının tükənməsi ilə bağlı deyil, sosial-iqtisadi
amillərlə, ilk növbədə əksər dünya ölkələrinin yoxsulluğu
ilə bağlıdır ki, burada iqtisadi inkişaf üçün kapitalın
olmaması böyük əhali qruplarını ac və yarıac şəkildə
mövcud olmağa məcbur edir. Eyni zamanda, inkişaf etmiş
sənaye ölkələri (ABŞ və s.) qiymətlərin inkişaf etməkdə
olan ölkələr üçün əlçatmaz olan yüksək səviyyədə
saxlanılması məqsədi ilə dənli
bitkilərin səpinini
azaldılması siyasətini həyata keçirirlər. Məhz zəngin və
kasıb ölkələrin maraqlarının parçalanması dünyada ərzaq
təhlükəsizliyi probleminin həllinə mane olur. Əgər
dünyanın aqrar potensialı gündəlik olaraq adambaşına 2500
kkalori səviyyəsində ərzaq təminatına kifayət edirsə, bunu
ayrı-ayrı ölkələr və regionlar haqqında demək olmur.
156
Məsələn, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada
adambaşına düşən orta ərzaq istelakı 2700 kkaloriyə bərabər
idisə, ABŞ və Kanadada bu rəqəm 3600 kkal., Qərbi
Avropa ölkələrində 3500 kkal., tropik Afrika dövlətlərində -
cəmi 2100 kkal., Hindistan və Banqladeşdə isə 2200 kkal.
təşkil edirdi. Yəni, bir sıra ölkələrdə istehlak normal həyat
fəaliyyəti üçün vacib olan 2500
kkalorilik təməl
səviyyəsindən xeyli çox idisə, bəzi ölkələrdə, hələ yüz
milyonlarla ac və doyunca yeməyən sadə insanlar bir yana
dursun, hətta orta səviyyə bu normadan aşağı olmuşdur. 1,5
mlrd. ha. torpaqda istehsal olunan ərzağın adekvat bölgüsü
aparılarsa, bu ərzaqla Yer kürəsində yaşayan bütün əhalini
təmin etmək olar.
Mütəxəssislərin
fikrincə, yaxın 20-50 illik
perspektivdə dünyanın ərzaqla təminatında elə bir irəliləyiş
görünmür. 1 milyarda qədər doyunca yeməyən insanı təmin
etmək üçün əlavə olaraq 120-150 mln. ton taxıl yetişdirmək
lazımdır. Müasir dövrdə hökumətlərin və dünya xalqlarının
xoş məramları olarsa, bu problemi nəzəri cəhətdən həll
etmək mümkündür.
Dostları ilə paylaş: