159
sahəsində məhsuldarlığın aşağı olması; b)
kəskin surətdə
ərzaq çatışmazlığı; c) doyunca yeməmək və milyonlarla
insanın ac qalması; ç) qidalanmanın balanslaşdırılmaması
və ç) ərzağın yararsızlığını xüsusilə qeyd etmək olar. Həm
də zəif inkişaf etmiş ölkələrdə ərzaqla təminatın qeyri-
qənaətbəxş olması üzvi surətdə iki başlıca amillə - iqtisadi
geriliklə və “demoqrafik partlayış”
nəticəsində əhalinin
sayının kəskin şəkildə artması ilə bağlıdır.
Məsələ burasındadır ki, müasir yüksəksəmərəli dünya
ərzaq sənayesi bütövlükdə Yer kürəsinin bütün əhalisini
yedizdirmək iqtidarındadır. Lakin, bu sənayenin hamısı
inkişaf etmiş ölkələrdə cəmləşmişdir və bu ərazidə əhalinin
sayı stabildir, həm də yavaş artır. İnkişaf
etməkdə olan
ölkələrdə isə, yuxarıda qeyd etdiyimiz kimi, həm istehsal
məhsuldar deyil, həm də əhalinin sayı və sıxlığı həddən
artıq sürətlə artır. Bunun da nəticəsində bəşəriyyətin bir
hissəsi ərzaq məhsullarının çoxluğunun və piylənmənin
qayğısı ilə yaşayır, digər hissəsi isə doyunca yeməməkdən
və aclıqdan əziyyət çəkir.
BMT-nin məlumatlarına əsaslanaraq, ərzaqla
təminat
sahəsində disproporsiyanın miqyası barədə belə bir nəticəyə
gəlmək olur ki, əgər planetin 20 faizlik zəngin hissəsi
dünyanın ət və balıq həcminin 45 %-ni istifadə edirsə,
bəşəriyyətin 20 faizlik yoxsul hissəsi cəmi 5 %-dən
yararlanır.
Bununla bərabər, vegetarianların
təsdiq etdiklərinə
görə, insanın qidalanmasında “ət aksenti” yalnız insanların
sağlamlığı höqteyi-nəzərindən deyil, həm də təbii
resursların məsrəf edilməsi prizmasından baxdıqda da
qüsurludur: otlaqların yaradılması məqsədi ilə əsrlər
boyudur ki, meşə sahələri kütləvi surətdə məhv edilir, ət
istehsalı isə böyük həcmdə su tələb edir (1 kq.
buğda
becərmək üçün 60 litr suya qarşı 1 kq. ərzaq üçün 3000-dən
6000 litrə qədər su), “ətlik” heyvanların böyük bir hissəsi
160
dənli bitkilərlə bəslənilir (ABŞ-da 0,5 kq. ət almaq üçün 8
kq. dənli bitki sərf olunur). Mütəxəssislərin hesablamalarına
görə, əgər əkilib-becərilmək üçün yararlı hala salınmış
torpaq yalnız bitkiçilik üçün istifadə edilsəydi, 20 milyard
insanı yedizdirmək mümkün olardı.
Belə nəticəyə gəlmək
olur ki, aclıq problemi süni bir problemdir və bəşəriyyətin
qeyri-rasional davranışı nəticəsində əmələ gəlmişdir.
Qlobal ərzaq probleminin əsas həlli yollarına gəlincə
isə, onları aşağıdakı dörd istiqamətdə cəmləşdirmək olar:
zəif inkişaf etmiş ölkələrin özlərində ərzaq
istehsalının inkişaf etdirilməsi və səmərəliliyinin artırılması;
dünya okeanlarında ərzaq məhsullarının
hasil
edilməsi və istehsalının genişləndirilməsi;
geridə qalmış ölkələrin istehsal imkanlarına
müvafiq olaraq bu ölkələrdə əhalinin sayının artmasının
məhdudlaşdırılması;
bu məsələlərin həllində dünya ictimaiyyətinin
geridə qalmış ölkələrə yardım göstərməsi.
İri ərzaq dövlətlərinin aqrar nailiyyətlər əldə
etməsinin
əsasını
Dostları ilə paylaş: