157
edilməsində, əhalinin gəlirlərinin artırılmasında və rifah
halının əhəmiyyətli dərəcədə yaxşılaşmasında
mühüm rol
oynayan faktorlar kimi çıxış edir. Hazırda özünün sosial-
iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələni yaşamaqda
olan Azərbacan əmək ehtiyatlarından, təbii və iqtisadi
resurslarından səmərəli istifadə etməklə qeyri-neft
sektorunda, o cümlədən emal, xidmət,
infrastruktur və digər
belə qəbildən olan sferalarda ciddi uğurlara imza atır.
Burada daha bir mühüm məqam ondan ibarətdir ki, yaşanan
iqtisadi inkişaf ölkə üzrə proporsional şəkildə müşahidə
olunur, paytaxtdan başlayaraq ən ucqar regionları da əhatə
edir. Digər tərəfdən, son illər ərzində qeydə alınan iqtisadi
artımda dövlətlə yanaşı, özəl sektorun xüsusi çəkisinin də
artan xətt üzrə inkişafı qazanılan ən
önəmli nailiyyətlər-
dəndir.
Özəl sektorda qeydə alınan tərəqqinin daha dinamik
xaratker alması məqsədilə ölkəmizdə həyata kecirilən
sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də
sahibkarlığın inkişaf etdirilməsidir. Ölkədə sahibkarlığın
inkişafı məqsədilə biznes muhitinin daim yaxşılaşdırılması,
bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi,
regionların inkişafı, yerli və xarici investisiyaların, müasir
texnologiyaların, idarəetmə təcrübəsinin
cəlb edilməsi və bu
yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların
istehsal edilməsi iqtisadi inkişaf strategiyasının
prioritetlərindəndir. Sahibkarlıq fəaliyyətinin dövlət
tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində atılan
əhəmiyyətli addımlar, onların hüquqlarının müdafiəsinin
işlək mexanizmlərinin yaradılması və tətbiqi sahibkarlıq
subyektlərinin fəaliyyət miqyasını xeyli dərəcədə
genişləndirmişdir.
Qeyd edilənlər Azərbaycanda qeyri-neft sektorunda
ümumi istehsalın həcminin artmasında
özünəməxsus vacib
rol oynayan əsas məqamlardandır. Burada mühüm
158
sahələrdən biri isə ərzaq məhsullarını əhatə edir. Bu gün
yerli istehsal hesabına ərzaq məhsullarının artımı hər bir
dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bu, etibarlı
ərzaq təhlükəsizliyinin təmin edilməsinin ən əsas şərtləri
sırasında yer alır. Dünya üzrə ərzaq istehsalında artım
səviyyəsi azalmaqdadır. Birləşmiş Millətlər Təşkilatının
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına
görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı
30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil
edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9
milyon ton
səviyyəsində olacaq. Deməli, qarşıdakı illər ərzində
istənilən həcmdə ərzaq məhsullarının idxalı sahəsində ciddi
çətinliklərin yaşanması istisna olunmur.
Lakin, Azərbaycanda görülən məqsədyönlü tədbirlər
və aparılan siyasət indi əksər ərzaq məhsullarının yerli
istehsal hesabına hazırlanmasına imkan verir. Prezident
İlham Əliyevin xüsusi sərəncamlarla təsdiq etdiyi
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2008-2015-
ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bu
istiqamətdə mühüm əhəmiyyətə malikdir.
Göstərilən sənədlərin icrası ilə əlaqədar
görülən
tədbirlər ölkədə yoxsulluğun azalmasında mühüm rol
oynamışdır. Ötən dövr ərzində kənd təsərrüfatının ümumi
məhsulu 25 faizdən, əhalinin gəlirləri isə 4 dəfədən çox
artmışdır.
Dostları ilə paylaş: