165
yazılarının
müsabiqələrinin keçirilməsi ərzaq məsələlərini,
əsasən də ərzaq təhlükəsizliyi problemlərini işıqlandıran
peşəkar jurnalistlərin yetişməsində, onların yeni yaradıcılıq
effektlərinə yiyələnmələrində xüsusi rol oynayır. Bu cür
müsabiqələrin respublika miqyasında kənd rayonlarının
KİV-ləri arasında keçirilməsi daha yaxşı nəticə verir. Belə
müsabiqələrin təşkili üçün ilk növbədə müsabiqənin
keçirilməsi Qaydaları işlənilib hazırlanmalıdır. Bu
sənəddə
müsabiqənin təşkili və keçirilməsi şərtləri, müsabiqə üçün
materialların seçilməsi meyarları, laureatların və
diplomantların mükafatlandırılması tədbirləri müəyyən
edilməlidir.
Müsabiqənin təşkilat komitəsinin tərkibinə aidiyyəti
dövlət və hakimiyyət strukturlarının, məsələn, Prezident
Administrasiyası ictimai-siyasi və aqrar
siyasət məsələləri
şöbələrinin, kənd təsərrüfatı və s. nazirliklərin, informasiya-
analitik mərkəzlərin, iri ictimai təşkilatların (aqrarçılar
hərəkatı, jurnalist-aqrarçıların assosiasiyası və s. bu kimi
təşkilatlar ola bilər) nümayəndələri daxil edilir. Bu
qurumların təşkilat komitəsində təmsil olunmaları
müsabiqənin nüfuzunu xeyli artırır. Onlar müsabiqələrin
keçirilməsi üçün müvafiq hazırlıq işləri görür,
müsabiqə
komissiyasının tərkibini formalaşdırır və müsabiqə
iştirakçılarını müəyyən edirlər.
Müsabiqənin keçirilməsi Qaydalarında müsabiqəyə
qəbul olunan publikasiyaların çap dövrü, sənədlərin qəbulu
vaxtı və şərtləri göstərilir, müsabiqədə iştirak üçün KİV-in
və müəlliflərin komissiyaya
təqdim etdikləri müraciətin
nümunəsi verilir. Müraciətə lazımi materiallar əlavə olunur.
Müraciətdə iştirakçı haqqında məlumat: müəllifin adı,
soyadı, atasının adı, iş yeri, vəzifəsi, telefonu, elektron
ünvanı; işin təqdim olunduğu nominasiya, müəllifin
arzusundan asılı olaraq digər məlumatlar göstərilir.
Bütün rayon qəzetləri redaksiyalarının və bu redaksi-
166
yaların jurnalist-aqrarçılarının müsabiqədə iştiraklarının
təmin olunması yeni yaradıcılıq
element və effektlərinin
əldə olunması imkanlarını xeyli artırır, milli və beynəlxalq
təcrübənin öyrənilməsi və mənimsənilməsi üçün şərait
yaradır.
Müsabiqə:
kənd təssərrüfatında sahibkarlığın, aqrar-sənaye
komplekslərinin (ASK) inkişafı, kəndin dirçəlişi məsələləri
barədə pozitiv ictimai fikrin formalaşması;
qabaqcıl təcrübənin, aqrar-sənaye
komplekslərinin
uğurlarının və respublikanın iqtisadiyyatında, ərzaq təhlükə-
sizliyinin təminatında onların rolunun təbliği;
aqrar-sənaye komplekslərinin modernləşdiril-
məsinin və innovasion inkişafının təbliği;
jurnalistlərin sözügedən sahədə vəziyyətin, kənd
ərazilərinin problem və perspektivlərinin obyektiv
işıqlandırılmasına maraqlarının stimullaşdırılması
və s. məqsədlərə nail olunması vəzifələrini
yerinə
yetirir.
Yeni informasiya texnologiyalarının tətbiqi, daha çox
tele-radiokompaniyaların və İnternet-portalların bu cür
müsabiqələrdə iştirakı onların populyarlığını xeyli
artırmaqla yanaşı, aqrar sektorun və bütövlükdə ölkə
iqtisadiyyatının daha da inkişafına özünün ciddi töhfələrini
verir.
Ümumiyyətlə, jurnalist-aqrarçıların hazırlanması
prosesində jurnalistin peşə fəaliyyətinin və yaradıcılığının
əhəmiyyətinin aqroiqtisadiyyat məsələləri ilə bir-birinə
bağlı şəkildə təqdim olunması müsbət nəticələr verir.
Aqroiqtisadiyyatın əhatə etdiyi məsələlər jurnalistikanın
sosial-siyasi əsasları, jurnalistin yaradıcılıq fəaliyyətinin
nəzəri əsas
və prinsipləri, jurnalistikanın siyasi əsasları,
jurnalistin peşə etikası və xüsusiyyətləri, kütləvi
informasiya vasitələrinin hüquqi tənzimlənməsi,