Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


dayanacaq və bunun üçün nə etmək lazımdır?”



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə129/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   284
dayanacaq və bunun üçün nə etmək lazımdır?” sualı bu 
gün beynəlxalq ictimaiyyətin və KİV-in qarşısında duran ən 
aktual suallardan biridir.  
Avropa ölkələrinin, demoqrafik partlayışların başa 
çatdığı  və  əhalinin sayının stabilləşdiyi digər ölkələrin 
təcrübələri göstərir ki, dünya əhalisinin sayı son həddə 
stasionar (sabit, dəyişməz) qala bilər.  
Demoqrafik partlayış o zaman dayanacaq ki, doğum 
və ölüm faizləri arasındakı böyük fərq aradan qalxsın. 
Ölümün səbəblərini (ekzogen və endogen) biz araşdırdıq, 
lakin ölümün proqrnozlaşdırılması nə qədər mürəkkəb olsa 
da, doğumun dəyişilməsini doğuran səbəbələr də bir o qədər 
az öyrənəilmişdir, bu da öz növbəsində doğumun faizinin 
proqnozlaşdırılmasını çətinləşdirir. 
Doğumun səviyyəsini anadan olmuş qızların sayı ilə, 
daha dəqiq desək, brutto - və netto-əmsalların köməyi ilə 
müəyyən edirlər.  Brutto-əmsal (R) - orta hesabla hər 
qadından anadan olan qızların sayıdır. Onun müəyyən 
olunması üçün doğumyaşlı hər qadına düşən uşaqların orta 
sayını (N) götürür və onu 0,485-ə vururlar. Beləliklə, 
brutto-əmsal aşağıdakı formulla müəyyən olunur: R=0,485 
x N. Lakin bütün qızlar onların ölkələrində doğuma icazə 
verilən orta yaşa qədər yaşaya bilmirlər. Bu yaşa qədər 
yaşaya bilən qızların faizi İ əmsalı ilə müəyyən edilir. R və 
İ-nin dünyaya gətirdiyi, yəni bir qadının doğduğu və 
178 
 
gələcəkdə onu əvəz edə biləcək qızların orta sayı  əhali 
istehsalının netto-əmsalı – R* sayılır. 
Əgər R* = 1 olarsa, əhalinin sayı dəyişmir. R*= 2,11-
dən yuxarı olduqda əhali artımı baş verir. Hazırda Avropa 
və Yaponiyada – R* ~ 1,08; Şimali Afrikada – R* ~ 2,29; 
Cənubi-qərbi Asiyada – R* ~ 2,42; Mərkəzi Amerikada – 
R* ~ 2,71 -ə bərabərdir. 
Jurnalist-demoqrafın bilik dairəsinə daxil olan vacib 
məsələlərdən biri də əhali artımının proqnozlaşdırılmasıdır.  
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin