181
məlumatlarla müqayisə etmək olar. Bu sahədə qadınlara aid
ən yüksək göstərici (75,3 il) Belorusda müşahidə
olunacaqdır.
Yeni müstəqil dövlətlər içərisində Rusiya, Belorus,
Ukrayna,
Ermənistan, Gürcüstan və Moldovada demoqrafik
azalma artıq müşahidə olunmaqdadır. MDB ölkələri
arasında
Azərbaycan, Qazaxıstan, Qırğızstan,
Türkmənistan, Özbəkistan və Tacikistanda əhalinin sayının
artımı gözlənilir. Özbəkistan və Tacikistanda artımın daha
çox olacağı proqnozlaşdırılır (ildə 1,5 %).
77
Demoqrafların proqnozuna görə, Azərbaycan bəşər
cəmiyyəti tarixinə dünya ölkələri arasında əhalinin ən
sürətlə artdığı dövlətlərdən biri kimi daxil olacaqdır.
Tarixi
inkişafın ayrı – ayrı mərhələlərində respublika əhalisinin
artım sürəti müxtəlif sosial –iqtisadi, demoqrafik, milli,
mədəni, siyasi və s. amillərin təsiri altında eyni olmamış və
daim dəyişmişdir. Belə ki, 1897 – 2003 - ci illəri əhatə edən
106 il ərzində dünya əhalisinin sayı 3,8 dəfə artmışdırsa,
Azərbaycanın əhalisi
daha sürətlə, yəni 4,5 dəfə artaraq 1,8
milyon nəfərdən 8,2 milyon nəfərə catmışdır.
78
Əhalinin
1999 – cu ildə keçirilmiş ilk milli siyahıya alınmasının
nəticəsi göstərir ki, 1991 – 1998 – ci illər arasında ölkə
əhalisi 10,7 % artmışdır.
1990-2002-ci illərdə Azərbaycan Respublikasında
əhalinin sayı 15 % artmışdır. Lakin, əhalinin ümumi
artımına baxmayaraq, onun orta illik artım göstəricisində
azalma meylləri müşahidə olunur. Əgər 1991-ci ildə
əhalinin orta illik artımı 1,5 %
təşkil edirdisə, 2002-ci ildə
bu göstərici 0,8 %-ədək azalmışdır.
77
MDB ölkələri üzrə statistik rəqəmlər http://news.bbc.co.uk/go/pr/fr/-
/hi/russian/international/newsid_7727000/7727339.stm saytından
götürülmüşdür.
78
Muradov Ş.M. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər.
Bakı, “Elm”, 2004, səh.26.
182
İnkişaf etmiş ölkələrdə əhalinin sayının 2,3 dəfə aza-
lacağı proqnozlaşdırılır.
BMT-nin Sosial Məsələlər və
İqtisadiyyat Departamentinin xüsusi məruzəsində (noyabr
2004, Brüssel) göstərilir ki, 2000-2050-ci illərdə Avropanın
əhalisi 96 mln. nəfər azalacaqdır. Məsələn, 1995-2000-ci
illərdə Avropanın əhalisi 4,4 mln. nəfər azalmışdır. Avropa
ölkələri bu boşluğu miqrantların hesabına doldururlar.
Dostları ilə paylaş: