195
təsir bağışlaya bilir. Əgər əvvəlki
tədqiqatda fəhlə,
pensiyaçı, işsiz, aktyor, iş adamı və başqalarının ailələri
bərabər səviyyədə təmsil olunurdularsa, bu tədqiqat
massivində ailələrin çox hissəsi (təxminən 70 %) açıq
peşələrin təmsilçilərinin – tanınmış siyastçilərin, məşhur
idmançıların, aktyorların, estrada “ulduzlarının”,
teleaparıcıların və digərlərinin payına düşür. Mətnlərə daxil
edilmiş informasiya təsviri-memuar xarakteri daşıyır. Şəxsi
söhbətlərdə, yaxın adamların xatirə və ya rəylərində
yaşanan adi, sakit sevinclər, xəstəlik
dövrlərində və məişətlə
bağlı yaranan çətinliklər zamanı onlara göstərilən kömək,
ailə genelogiyası və karyera barədə məlumatlar üstünlük
təşkil edir. Təhlil olunan materialın cüzi bir hissəsi (3 %-ə
qədər) uşaq ölümünə, boşanma proseslərinə, ailə və karyera
ilə bağlı (oxşar tematikaya “sadə” adamlar arasında daha
tez-tez rast gəlinir – təxminən 20 %) münaqişələrə aid olur.
Kontent-analiz belə bir nəticəyə gəlməyə də əsas verir
ki, bizim siyasi stabilliyimizin asılı olduğu insanlar yaxşı
yaşayırlar. Amma belə bir təəssürat yaranır ki, onların xoş-
bəxtliyinin səbəbi öz aralarında olan qarşılıqlı möhkəm
münasibətlər və bir-birlərini başa düşmələri deyil,
maddi
rifah şəraitində yaşamalarıdır. Belə ailələrdə ailənin və
nikahın sabitliyi maddi rifahın yox, maddi rifah nikahın
zəmini kimi çıxış edir. Nə üçün təminatlı ailələrin uşaqlrı
yoxdur və yaxud bir uşağı var? Kontent-analiz bu suala
cavab tapılmasına da imkan yaradır. Səbəb fərdi dəyərlərin
dəyişməsi ilə bağlı imiş. Ailədə iki uşağın olması paytaxtda
və ölkənin digər iri şəhərlərində iki uşağa, hətta bəzən bir
uşağa da olan ehtiyacla müəyyən olunur. Bunun üç və ya
daha çox uşağa olan ehtiyacın reallaşdırılması
istiqamətindəki “maneələrlə” heç bir bağlılığı yoxdur.
İkinci qrup informasiya ailə institutu
ilə dövlət
arasındakı qarşılıqlı münasibətlərin təsviri şəklində təqdim
edilir. Ailə həmişəki kimi əmək və ordu resurslarının
196
yeganə mənbəyidir. Beynəlxalq təcrübəyə görə, bu sahədəki
itkiləri – işsizliyi və ordudakı qeyri-nizamnamə
münasibətlərini pul ödəmələri ilə kompensasiya etməyə
cəhd göstərirlər. Proble-min özünün yaranma səbəblərinin
həlli sxemi deyil, onun nəticələrinin ləğv edilməsi sxemi
daim işləyir. Əgər KİV-də ailə və qeyri-ailə tematikasının
nisbətinə (85-90 %)
diqqət yetirsək, ailənin bir institut və ya
kiçik sosial qrup kimi az əhəmiyyət kəsb etdiyini düşünmək
olar. Bu cür düşünməyə aşağıdakı statistik rəqəmlər və
mütəxəssis fikirləri əsas verir: “Azərbaycanda nikaha
girənlərin 10 faizi boşanıb. Dövlət Statistika Komitəsinin
rəsmi məlumatına görə, 2009-cu ildə ölkədə 78,9 min nikah
qeydə alınıb. Boşanmaların sayı isə 7,8 min olub. Bu da son
yeddi ildə boşanma hallarının iki dəfə artdığını göstərir.
2002-ci ildə bu göstərici 5 faiz təşkil edib. Boşanmalara
gənc ailələrdə daha çox təsadüf edilir…
Mütəxəssislər
hesab edirlər ki, gənclərə birgəyaşayış, qarşılıqlı hörmət
istiqamətində uşaq vaxtlarından maarifləndirmə işi
aparılmalıdır…, bu istiqamətdə maarifləndirməyə ehtiyac
var. Avropada ailə institutu məhv olub. Azərbaycanın
özünəməxsus ailə institutu formalaşıb, onu qorumaq və
daha da möhkəmləndirmək ücün bu istiqamətdə işlər
görülməlidir
.
Bəzi ekspertlər boşanmaların çoxalmasının
günahını televiziyalarda görürlər, … Onların fikrincə, tele-
kanallarda verilən bayağı verlişlərdə, seriallarda mənfi ailə
nümunələri
təbliğ olunur, psixoloji, mənəvi dayaqları
olmayan insanlara bu təbliğat asanlıqla təsir göstərir.”
94
Əksər hallarda demoqrafiya, ailə problematikası geniş
auditoriyaya bəzi xarici KİV-ləin (xüsusilə də Türkiyənin,
Rusiyanın, Qərbi Avropa və Amerika ölkələrinin) material-
94
http://az.trend.az/news/society/1639810.html
197
larının formasında təqdim olunur. Yeni informasiya
texnologiyalarının tətbiqi bu sahədə elektron KİV-lərin
imkanlarını fantastik şəkildə artırır. Bir çox televiziya
verilişləri xarici proqramlardan törəmə təsiri bağışlayır:
forma saxlanılır, məzmun dəyişdirilir.
Buna görə də paralel olaraq Avropanın həftəlik jur-
nallarından birinin mətn əsasında pilot tədqiqatının
keçirilməsi məqsədəmüvafiqdir.
Yeniliklərin Avropadan
postsovet məkanına bir qədər vaxt keçdikdən sonra gəlib
çatdığını nəzərə alsaq, keçən əsrin sonlarına və ya da XXI
əsrin əvvəllərinə aid qəzet nəşrlərindən də istifadə oluna
bilər. Ümid edirik ki, bu mülahizəmiz Avropa ölkələri üçün
hələ keçən əsrin 90-cı illərində aktual olmağına
baxmayaraq, bu gün Azərbaycan jurnalistikası üçün
beynəlxalq təcrübənin öyrənilməsi baxımından müəyyən
elmi və praktik əhəmiyyət kəsb edir.
Tədqiqat nəticəsində toplanılan informasiya əsasən
aşağıdakı istiqamətlər üzrə cəmlənir:
ailə institutu və onun digər institutlarla qarşılıqlı
fəaliyyəti;
tibbi müdaxilə yolu depopulyasiya probleminin
həlli
məsələləri;
siyasətçilərin həyatından, şou-biznes və s. müxtəlif
növlü sensasiyalar.
Dostları ilə paylaş: