189
“İki sahil”, “Ədalət”, “Зеркало”, “Эхо” və s. qəzetlərin,
Rusiyanın "Ведомости", "Российская
газета",
"Коммерсантъ", "Известия", "RBCdaily", "Независимая
газета", "Эксперт” kimi aparıcı KİV-lərinin materialları
əsasında demoqrafiya siyasəti anlayışı,
onun mahiyyəti,
demoqrafiya siyasəti konsepsiyasının işlənib hazırlanması
prosesinin detalları, onun məzmununun təfərrüatları və
tətbiqi perspektivləri ilə tanış olduq. Azərbaycan KİV-ində
çap olunmuş jurnalist əsərlərinin adları – “Köçürmə
siyasəti”
83
, “Qaçqınlar harada yerləşdirilməlidir”
84
,
“Yeniyetmələri qorumaq lazımdır”
85
, “Amandır
xəstələnməyin”
86
, “Kəbin, siğə, yoxsa rəsmi nikah?”
87
və s.
, Rusiya kütləvi informasiya vasitələrindən götürdüyümüz
“Rusiyalılar defisitdirlər”
88
, “Demoqrafik çağırış”
89
,
“Xəstələnmək olmaz, çoxalmaq lazımdır”
90
, “İqtisadi
demoqrafiya”
91
, “Səhiyyə Nazirliyi ölümdən güclüdür”
92
və
s. başlıqlar jurnalist peşəkarlığının, peşə mövqeyinin və
sənətkarlığının vəhdətini əks etdirən uğurlu nümunələr kimi
qəbul oluna olar. Başlıqlardakı lakonikliyin, məzmunundakı
məna çalarlarının, problemin qoyuluşundakı cəsarətin geniş
auditoriyanı dərhal özünə cəlb edəcəyi heç bir şübhə
doğurmur.
83
“Azərbaycan”qəzeti, 3 oktyabr 1998.
84
“Azərbaycan”qəzeti, 23 oktyabr 1998.
85
“Günay” qəzeti, 20 mart 2000.
86
“Azərbaycan”qəzeti, 23 oktyabr 1998.
87
“Ekspress” qəzeti, 22-23 fevral, 2004.
88
"Российская газета", 23 мая 2007 г.
89
"RBCdaily", 23 мая 2007 г.
90
"Известия", 24 мая 2007 г.
91
"Коммерсантъ", 24 мая 2007 г.
92
"Ведомости", 31 мая 2007 г.
190
Kütləvi informasiya vasitələri
qlobal demoqrafiya
problemi ilə əlaqədar ictimai rəy yaratmaq, cəmiyyəti
fəallaşdırmaq və səfərbər etmək imkanına malik aparat kimi
ən azı bu sahədə əhalinin maarifləndirilməsi funksiyasını
yerinə yetirə bilər. Media demoqrafiya problemlərinin
işıqlandırılması sahəsində öz rolunu necə yerinə yetirir? Bu
sual jurnalistika nəzəriyyəçilərini ciddi narahat edir və onlar
problemin həllində KİV-in səmərəli iştirakını təmin edə
biləcək bir neçə faktor irəli sürürlər. Belə ki,
burada
jurnalistikanın daxili qanunlarına uyğun olaraq jurnalistin
öz fəaliyyətini həyata keçirmək imkanı - söz azadlığı,
mətbuat azadlığı nəzərdə tutulur. Həmçinin, jurnalist
yaradıçılığının peşəkarlıq etik tənzimləyiciləri də KİV-in öz
konkret vəzifələrini yerinə yetirməsində əsas şərt kimi qəbul
olunur. Yəni, bu problemin mətbuatda işıqlandırılması
jurnalistin səriştəliliyindən çox asılıdır. Jurnalist-
demoqrafdan ilk növbədə özünün demoqrafiya probleminin
mahiyyətinə, mürəkkəb bir sosial-təbii proses kimi təzahür
formalarına, bu poseslərin
problemə çevrilməməsi üçün
qabaqlayıcı tədbirlərə və onların tətbiqi yollarına mütəxəssis
səviyyəsində bələd olması tələb olunur. Demoqrafiya möv-
zusunda hazırlanan materiallar mütləq aşağıdakı suallara
cavab verməlidir:
−
mövzu necə işıqlandırılır (obyektiv, vicdanlı, qərəz-
siz)?;
−
ictimaiyyətə necə təsir göstərəcəkdir?;
−
hansı nəticələr əldə olunacaqdır?
Bu baxımdan müasir dövrdə əksər cəmiyyətlərdə,
xüsusilə də həyat səviyyəsi yüksək olan cəmiyyətlərdə
demoqrafiya sahəsində doğumun aşağı düşməsi, ölüm
səviyyəsinin yüksəlməsi, qeyri-sabit nikah və s. kimi
neqativ təzahürlərin artması halları müşahidə olunur.
Bunun
191
da nəticəsi kimi depopulyasiya - əhalinin sayının azalması
özünü daha qabarıq şəkildə büruzə verir.
Artıq iyirmi ildən çoxdur ki, depopulyasiya dünyanın
aparıcı
KİV-lərinin qızğın müzakirə predmetinə
çevrilmişdir. Ancaq, bütün bəşəriyyəti ciddi narahat edən bu
problemə, xüsusilə də onun yaranma səbəbləri və nəticələri
ilə bağlı ictimai rəyin formalaşdırılmasına KİV-lərin qeyri-
peşəkar yanaşmaları narahatlıq doğurmaya bilmir.
Jurnalistika nəzəriyyəçiləri bu boşluğu doldurmaq üçün
demoqrafiya problemləri ilə bağlı ictimai
rəyin
formalaşdırılmasında KİV-in və kütləvi mədəniyyətin
rolunun müəyyən edilməsi məqsədi ilə spesifik tədqiqatların
–
kontent-analizlərin aparılmasını təklif edirlər.
Bu tədqiqatlar necə keçirilməlidir? Hansı metod və
texnologiyalardan istifadə olunmalıdır? Tədqiqat zamanı
böyük mətnlərlə işləyərkən əhali mövzusuna aid ayrı-ayrı
sözlərin və mükalimələrin deyil, mətnin böyük bir
hissəsinin, hətta məqalənin tam mətninin təhlil vahidi
qismində istifadə olunması məqsədəmüvafiqdir. Müzakirə
olunan situasiyalar arasında doğum, ölüm, nikah,
boşanma
və s. kimi demoqrafik hadisələr üstünlük təşkil etməlidir.
“İnformasiya-situasiya” formulu tədqiqatın əsası kimi
götürülə bilər və bu zaman nikah-ailə silsiləsinə aid faktla
bağlı işıqlandırılan hər bir informasiya nəzərə alınmalıdır.
Bütün mətnlər aşağıdakı üç istiqamətdə təhlil
edilməlidir:
situasiyada iştirak edənlərin sosial-demoqrafik
xarakteristikaları;
uşaqlı ailələr;
hadisələrin (situasiyaların) coğrafiyası.
Tədqiqat massivinin təxminən 200 vahiddən ibarət
olması daha məqsədəuyğundur. Paralel olaraq ailə-
demoqrafiya terminologiyası istifadə olunan
qəzet
192
materiallarının adlarının siyahısı tərtib edilir. Bu zaman
oxucuya təqdim olunan “ailəpərəst” başlıqlarla real
informasiya arasındakı korrelyasiyanın (müqayisə edilən
anlayışlar arasındakı münasibət, asılılıq) aşkar edilməsi
olduqca vacibdir, çünki ailə dəyərlərinin öz qiymətini
kəskin şəkildə itirdiyi (ilk növbədə, uşaqların) bir dövrdə
dövlət həmişə uşaq imicindən və ailə simvollarından
yararlanmağa çalışır.
Mətnlər burada verilən məlumatların konkret məzmu-
nuna və redaksiya tərəfindən verilən tapşırıqlara
uyğun
təhlil olunmalıdır. Bütün informasiya aşağıdakı üç qrupda
cəmləşdirilməlidir:
Dostları ilə paylaş: