Əsas ekoloji problemlərdən biri şirin su problemidir.
Yer kürəsində təmiz suyun həcmi getdikcə azalır. Bu onun
ekstensiv (lat.- geniş) istifadəsi, çirkləndirici maddələrdən
istifadəyə nəzarətsizlik (kənd təsərrüfatı, sənaye, nəqliyyat,
məişət çirklənməsi və s.) və ekologiyanın tələbləri nəzərə
alınmadan su təsərrüfatı tikintilərinin aparılması ilə bağlıdır.
İnsanlar əksər hallarda suya olan ehtiyaclarını düzgün
qiymətləndirə bilmirlər. İşlədilən suyun böyük bir hissəsi
kənd təsərrüfatı məhsullarının və bir sıra çoxişlənən
99
“İki sahil” qəzeti, 8 iyul 2011-ci il
210
malların (məsələn, şəkər, pambıq, ət və s.) istehsalına sərf
edilir. Dünya üzrə istifadə olunan suyun üçdə ikisi xaricdə
istehsal olunan və idxal edilən malların istehsalına sərf
olunur.
Yaxın illərdə əsas problemlərdən biri yeraltı suların
çirkləndirilməsi məsələsi olacaqdır. Pestisidlərin (50 növü
vardır; lat. Pestis yoluxucu + caeadere öldürmək – bitki
xəstəlikləri və zərərvericilərlə mübarizə aparmaq üçün
kimyəvi maddələr) və mineral gübrələrin qeyri-düzgün
istifadəsi qrunt sularının çirklənsəinə gətirib çıxarmışdır.
Su ilə bağlı ekoloji problemlər arasında pestisid
problemi şox narahatlıq doğurur. Çünki, pestisid yalnız
kənd təsərrüfatının inkişaf strategiyası ilə deyil, həmçinin
səhiyyə, heyvanat və bitki aləminin mühafizəsi və
bütövlükdə biosferin həyati təminatı ilə bağlıdır. Hazırda
biosferdə ona yad olan 50 min kimyəvi maddə –
ksenobiotik maddə vardır (yun. xenia – yad). Ərzaq
məhsullarının 30 %-dən çoxunun tərkibində pestisid
normadan artıqdır. Bəzi pestisidlərin həcmi uşaq
yeməklərinin 42 %-də, tərəvəzin isə 50 %-dən çoxunda nor-
madan artıqdır.
Tədqiqatlar göstərir ki, pestisidlər istifadə olunduğu
bütün rayonlarda əhalinin sağlamlıq göstəriciləri kəskin
şəkildə aşağı düşmüşdür. Pestisidəlr, eyni zamanda,
radiasiya da orqanizmin immun sistemi funksiyalarının
pozulmasına gətirib çıxarır. Nəticədə insan orqanizmi nəfəs,
əsəb, ürək-damar sistemi, həmçinin çoxalma və həzmetmə
orqanları ilə bağlı olan adi xəstəliklər qarşısında belə aciz
olur.
Belə çıxır ki, insanların sağlamlığının və biosferdə hə-
yatın təminatı sisteminin qorunub saxlanılması üçün
pestitsidlərdən istifadədən tədricən imtina edilməli və kənd
təsərrüfatının ekoloji cəhətdən
əsaslandırılmış
formalarından istifadə olunmalıdır.