Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Yoxlama sualları və tapşırıqlar



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə142/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   284
 
Yoxlama sualları və tapşırıqlar 
 
1.
 
Müasir qlobal demoqrafiya problemlərinin 
mənzərəsini yaradın. 
2.
 
Əhali konsepsiyalarını KİV-in mövzu obyekti kimi 
xarakterizə edin. 
3.
 
Demoqrafiya prboemlərinin həllində jurnalistika-
nın rolu və vəzifələrini müəyyənləşdirin. 
4.
 
Qlobal demoqrafiya problemlərinin həllində 
jurnalist sənətkarlığı amilinin vacibliyini əsaslandırın. 
 
 
 
 
 
 
 
 
 
 
202 
 
VI MÖVZU 
 
Jurnalistika və müasir dövrün qlobal 
ekoloji problemləri 
 
Müasir dövrdə  bəşəriyyət insanların praktik fəaliy-
yətinin nəticəsi olan ciddi ekoloji böhranlarla 
qarşılaşmışdır. Bu problemlər keçmişdə lokal xarakter 
daşıyır və bütövlükdə  bəşəriyyət üçün təhlükə yaratmırdı. 
Lakin, texnikanın və enerjidən istifadənin müasir səviyyəsi 
vəziyyəti köklü şəkildə dəyişmişdir və hazırda bu vəziyyət 
qlobal xarakter daşıyır.  
Ətraf mühitin qorunması problemləri ilə məşğul olan 
mütəxəssislər bəşəriyyəti gözləyən ekoloji fəlakəti 2008-ci 
ilin ikinci yarısında dünyanı sarsıdan maliyyə böhranı ilə 
müqayisə edir və qlobal ekoloji problemləri daha təhlükəli 
təzahür kimi qiymətləndirirlər.  
Müasir qlobal ekoloji problemləri özündə əks etdirən 
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), London 
Zoologiya Cəmiyyəti və Global Footprint Network 
təşkilatının hər iki ildən bir birgə hazırlayıb dərc etdirdikləri 
“Canlı planet” hesabatı Yer kürəsində ekoloji vəziyyəti 
daha düzgün qiymətləndirən və  ən çox istinad edilən 
hesabatlardan biridir.  
“Canlı planet” hesabatı planetin “sağlamlıq” 
vəziyyətini “canlı planet indeksi” (populyasiyaların 
vəziyyəti), “bəşəriyyətin ekoloji izi” (təbii resursların 
istifadəsi), “biohəcm” (bərpaolunan təbii resursların 
mövcudluğu), istehsalatın su ilə bağlı izləri və s. göstəricilər 
üzrə müəyyən edir.  
“Canlı planet -2010” hesabatında göstərilir ki, əgər 
təbii resursların istehlakı indiki templə davam edərsə, 2030-
cu ildə (2006-cı il üçün hesabatda 2050-ci il göstərilmişdi) 


203 
 
bəşəriyyətə öz ehtiyaclarını ödəmək üçün daha bir planet 
lazım olacaq. Çünki, təbii ehtiyatlara olan tələbat təklifi 3 
dəfə üstələyir. Yer kürəsinin  əhalisinin dörddə üçü 
istehlakın çox yüksək olduğu və ekosistemin öz gücünü 
bərpa etməyi çatdırmadığı ölkələrdə yaşayır.  
Ətraf mühitə ən çox ziyan vuran ölkələrin cərgəsində 
ilk yerləri ABŞ və Çin tutur. Bu iki ölkənin təbiətə vurduğu 
ziyan dünya üzrə vurulan ziyanın 40 %-ni təşkil edir. “Təbii 
resursların adambaşına istifadəsi” göstəricilərinə görə ABŞ, 
Birləşmiş  Ərəb  Əmirlikləri, Qətər, Danimarka, Belçika, 
Estoniya, Kanada, Avstraliya və İrlandiya öndə gedirlər. 
 
Hesabatda deyilir ki, bəşəriyyət ildən-ilə daha çox 
“ekoloji borca” girir, yəni hər il 4,5 trilyon ABŞ dolları də-
yərində  təbii resursu məhv edir. Müqayisə üçün deyək ki, 
bütün dünya maliyyə təşkilatlarının maliyyə böhranı zamanı 
itkiləri 2 trilyon ABŞ dolları  təşkil etmişdi. “Ekoloji 
borclular” başqa ölkələrdən, bəzən hətta “kredit verənlərin” 
hesabına meşə, su və s. təbii resursları borc götürməli 
olurlar. “Təbiət kapitalının” məsuliyyətsiz  şəkildə 
xərclənilməsi ölkənin iqtisadi vəziyyətinə ciddi təsir 
göstərir,  ərzağın, suyun və enerji ehtiyatlarının qiymətinin 
qalxmasına gətirib çıxarır.  
Hesabatda  ətraf mühitlə bağlı göstərilən ümumi 
nəticələr də ürəkaçan deyil. Məsələn, bir ortastatistik 
avropalını  təmin etmək üçün (ərzaga, paltara, tullantıların 
təkrar emalına və s. olan ehtiyac nəzərdə tutulur) 5,3 hektar 
torpaq tələb olunur. Bu, hər adama düşən orta resurs 
istifadəsinə olan göstəricidən (2,7 hektara bərabərdir) 2 dəfə 
artıqdır.
97
  
                     
97
 
http://www.ecology.md/section.php?section=fsociety&id=2750 
 
204 
 
ABŞ-ın Yel və Kolumbiya universitetləri hər il birgə 
hazırladıqları ekoloji göstəricilər indeksini çap edirlər. 
Ekoloji indeks 100 ballı  şkala ilə müəyyən edilir və bu 
zaman 100 ən yüksək, 0 isə  ən aşağı  nəticə hesab edilir. 
İndekc ətraf mühitlə bağlı olaraq əhalinin sağlamlığının və 
ölkənin ekosisteminin yaşarlılığının qiymətləndirilməsini 
özündə  əks etdirən 25 meyar əsasında müəyyən edilir. 
Ekoloji indeks tərtib edilərkən suyun, havanın, meşələrin 
vəziyyəti, kənd təsərrüfatı  işlərinin aparılması praktikası, 
bioloji müxtəlifliyin qorunub saxlanılması, iqlim 
dəyişikliyinə qarşı  tədbirlərin görülməsi və s. sahələrdə 
həyata keçirilən dövlət siyasəti və bir sıra digər meyarlar 
nəzərə alınır.  
“2010-cu il üçün ekoloji göstəricilər indeksi”nə görə 
ekoloji reytinqə 10 ölkə - İslandiya,  İsveçrə, Kosta-Rika, 
İsveç, Norveç, Mavrikiya, Fransa, Avstriya, Kuba və 
Kolumbiya başçılıq edirlər. Azərbaycan 163 ölkə arasında 
84-cü yeri tutur. MDB ölkələri içərisində ən yaxşı göstərici 
Belorusa məxsusdur – 53-cü yer. Postsovet 
respublikalarından Pribaltika dövlətləri yüksək reytinqə 
malikdirlər: Latviya -21, Litva -37, Estoniya – 57-ci yer.
98
 
Yuxarıda göstərdiyimiz nümunələr və statistik 
rəqəmlər doğrudan da bəşəriyyətin XXI əsrin  əvvəllərində 
çox ciddi ekoloji problemlərlə qarşılaşdığını sübut edir və 
əgər onların həlli üçün dünya ictimaiyyəti tərəfindən 
təxirəsalınmaz tədbirlər həyata keçirilməzsə, bu, planetin 
məhvini labüd edər. 
Bu gün hansı qlobal ekoloji problemlər mövcuddur? 
Onların həlli üçün nə etmək lazımdır? Qlobal ekoloji prob-

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin