205
Bu suallara cavab
tapmaq üçün biz ilk növbədə
müasir dövrdə mövcud olan qlobal ekoloji problemlərin tam
mənzərəsini yaratmalıyıq. Bu problemləri aşağıdakı şəkildə
qruplaşdırmaq olar:
Qlobal istiləşmə (iqlim dəyişikliyi)
Son yüz ildə Yer kürəsi
səthində orta temperatur
təxminən 0,5 C. artmışdır. Bu onunla bağlıdır ki, karbon
qazı, metan (bataqlıq qazı), oksidləşmiş (turşumuş) azot
atmosferə düşərək planetin səthindən istinin çəkilməsini
çətinləşdirir, yəni bir növ parnikdəki şüşə rolunu oynayır.
Müəyyən
edilmişdir ki, hər il atmosferə atılan metanın
həcmi 1 %, karbon qazının həcmi 0,4%, oksidləşmiş azotun
həcmi isə 0,2 % artır.
Parnik effektinin yaranmasının 50 %-i karbon qazının
payına düşür. İnsan fəaliyyətinin
nəticəsi olaraq atmosferdə
karbon qazının həcminin artmasının mənbəyi qazıntı yolu
ilə əldə edilən yanacağın yandırılmasıdır. K.Klark (ABŞ) və
Q.Zavarzin (Rusiya Federasiyası) tərəfindən aparılan hesab-
lamalar
göstərmişdir ki, parnik qazının əsas mənbəyi
Sibirdə və Şimali Amerikada mikrob qruplarının
mövcudluğunun antropogen (isti
ilə soyuğun bir-birini
əvəzləməsi) pozulmasıdır.
Ekoloqların bildirdiyinə görə, əgər təcili tədbirlər
görülməsə, XXI əsrin ortalarına qlobal temperatur 1,5-4,5
C. dərəcəyə qalxa bilər.
Dostları ilə paylaş: