Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Burada jurnalistika və ekologiya demək olar ki



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə151/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   284
Burada jurnalistika və ekologiya demək olar ki
vahid bir sistem şəklində birləşir. Beləliklə  də,  ekoloji 
jurnalistika yaranır. Etiraf etmək lazımdır ki, 
jurnalitsikanın bu növü başqa növlərə nisbətən çox gec 
yaranmışdır. Nədir ekoloji jurnalistika? Ekoloji jurnalistika 
terminini işlədərkən biz nəyi nəzərdə tuturuq? Səhiyyə  və 
elm, energetika, kənd təsərrüfatı  və yaxud dənizlərin və 
okeanların resurslarının mənimsənilməsi məsələləri bu 
mövzuya aiddirmi? Nəhayət, üçüncü dünya ölkələrinin 
inkişafı  məsələlərinin və yoxsulluğa qarşı mübarizənin bu 
problemlə bir əlaqəsi varmı?  
Dünyanın ayrı-ayrı regionlarında bu termin özündə 
tipik ekoloji problemləri ehtiva etsə  də, bəzi ölkələrdə 
ekologiya anlayışı müxtəlif növ təbii qəza və  fəlakətlərlə 
assosiasiya yaradır. Ənənələrdən, coğrafi, iqtisadi və siyasi 
mühitdən və  əlbəttə, kütləvi informasiya vasitələrinin 
mövqeyindən asılı olaraq, “ekoloji problem” anlayışı yeni 
bir məna kəcb edir. MDB ölkələrində yuxarıda sadalanan 
ekoloji məsələlərlə yanaşı, ekoloji qanunvericilik və 
insanların ekoloji hüquqlarının qorunması məsələləri də bu 
problemlərə aid edilir.  
Jurnalistin diqqətini cəlb edən qlobal problemlərin 
sırasına ayrıca ekoloji problem kimi qəbul edilmiş 
problemlər, məsələn, Yer kürəsində əhalinin sayının sürətlə 
artaması, əhalinin ərzaqla təminatı və s. məsələlər də daxil 
edilir. Bu da təbiidir, çünki əsas qlobal ekoloji problemlər – 
iqlim dəyişikliyi,  ətraf mühitin dağıdılması, meşələrin 
qırılması  və  şirinsulu göllərin məhvi, səhralaşma, torpağın 
deqradasiyası, heyvanların və bitkilərin təbii areallarının 
məhv edilməsi bu proseslərin nəticəsi kimi xarakerizə edilir.  
218 
 
Milli səviyyədə şəhərlərin böyüməsini və bununla əla-
qədar olaraq havanın və suyun çirklənməsini, səs-küyün 
yaranması ilə bağlı “çirklənmə”ni ekoloji problemlərin 
cərgəsinə qatırlar. Nəhayət, pestisidlərdən istifadə 
məsələləri məişət səviyyəsində baş verən ekoloji problem 
kimi qiymətləndirilir. Bu məsələ pestisidlərlə zəngin meyvə 
və  tərəvəzləri yeyən fermerləri və  sıravi istehlakçıları eyni 
dərəcədə narahat edir.  
Maraqlıdır ki, bütün ölkələrdə ekologiya istisna 
qaydada neqativ təzahür və problemlərin məcmusu kimi 
spesifik anlama malikdir və bu zaman heç kim müsbət 
nümunələri və artıq həll olunmuş problemləri yada salmır. 
Qlobal ekoloji problemlərin həlli sahəsində müsbət nümunə 
kimi BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların 
himayəsi altında stratosferdə ozon qatının dağılmasının 
qarşısının alınması, məhv olmaqda olan bitki və heyvan 
növlərinin qorunması üzrə konvensiyaları, ekoloji cəhətdən 
təmiz texnologiyaların yayılması üzrə birgə  səyləri 
göstərmək olar. Milli səviyyədə ölkənin dayanıqlı inkişafını 
və təbii resurladan qənaətlə istifadəni təmin edən layihə və 
tədbirləri, məişət səviyyəsində isə  sıravi vətəndaşı narahat 
edən ekoloji problemlərin – torpaqdan səmərəli istifadəni, 
həşəratların sayının artmasının nəzarətdə saxlanılmasını, 
yaşayış  və istirahət yerlərinin çirklənmədən qorunmasını 
ekoloji problemlərin həllinə yönəlmiş müsbət nümunə kimi 
dəyərləndirmək olar. 
Əlbəttə, yalnız problemləri sadalamaqla, ekoloji 
jurnalistikanın tam anlamını müəyyən etmək çətindir. 
Praktik olaraq, istənilən ekoloji hadisə elm, kənd təsərrüfatı, 
təbabət və siyasət kimi ixtisaslaşdırılmış  ənənvi 
istiqamətlərin elementlərini özündə birləşdirir.  Əgər  ətraf 
mühiti insanların, bütün canlı və canlı olmayan təbiətin cəlb 
olunduqları mürəkkəb sistem kimi xarakterizə edən anlamı 
əsas götürsək, istənilən jurnalistikanı praktik olaraq ekoloji 


219 
 
jurnalistika hesab etmək olar.  
 
Beləliklə: 
 
 
ekoloji jurnalistika jurnalistikanın mövzu üzrə ənə-
nəvi bölgüsünə uyğun gəlməyən, qismən yeni tərkib 
hissəsidir;  
 
ekoloji jurnalistika insanların səhhəti, iqtisadiyyat, 
təbii resurslar və sahə üzrə müxtəlif elmi tədqiqatlarla bağlı 
məsələlərin KİV-də 
işıqlandırılmasıdır. Ekoloji 
jurnalistikanın predmeti insanların canlı  və qeyri-canlı 
təbiətin elementləri ilə birlikdə onun resurslarının istifadəsi, 
yenidən bölünməsi və dağıdılması yolu ilə  ətraf mühitə 
zərbə vuran qarşılıqlı fəaliyyətləridir; 
 
ekoloji jurnalistika qlobal və lokal əhəmiyyət kəsb 
edən ekoloji məsələlərin fasiləsiz və ardıcıl surətdə KİV-də 
işıqlandırılmasıdır;  
 
ekoloji jurnalistika yalnız problemlərin deyil, eyni 
zamanda təbii resursların istifadəsi sahəsindəki müsbət 
nümunə və təcrübənin KİV-də işıqlandırılmasıdır.  
Müasir dövrdə bütövlükdə ekoloji tematikaya həsr 
olunmuş müxtəlif qəzet və jurnallar, informasiya 
agentlikləri, tele və radioproqramlar meydana gəlməkdədir. 
Amma bəzi kütləvi informasiya orqanları rəqabətə, iqtisadi 
çətinliklərə tab gətirə bilmir, oxucu və sponsor tapa 
bilmirlər. Lakin buna baxmayaraq, postsovet məkanında 
ekoloji jurnalistika yaranma və inkişaf dövrünü yaşayır, 
getdikcə öz nüfuz dairəsini genişləndirir və  fəaliyyətinin 
səmərəsini artırır.  
XX  əsrin  80-ci illərinin  əvvəllərində postsovet re-

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin