gionunda ixtisaslaşdırılmış heç bir ekoloji nəşr olma- mışdır. Ekologiya problematikasına aid nadir yazılara
«Наука и жизнь», «Техника-молодежи», «Юный на- туралист», «Природа и человек», Azərbaycanda isə
“Elm və həyat” və “Aəzrbaycan təbiəti” jurnallarında və
220
s. nəşrlərdə rast gəlmək olurdu. Bu nəşrlər sərt senzura
şəraitində yalnız ölkədəki “ayrı-ayrı ekoloji ziddiyyətlər”
barədə yazılar dərc edə bilirdilər.
80-ci illərin ortalarında ölkədə (SSRİ) başlamış
yenidənqurma və aşkarlıq mühiti neqativ ekoloji
informasiya axınını xeyli gücləndirir. Lakin, yalnız keçmiş
sovet respublikaları müstəqillik əldə etdikdən və bu
ölkələrdə kütləvi informasiya vasitələri haqqında qanun
qəbul edildikdən sonra ekoloji mətbuat inkişaf etməyə
başlamışdır. Rusiyada «Зеленый мир», «Экологическая