çoxu birqütblü olur: bir qayda olaraq, bu materialların
əksəriyyətində yalnız neqativ ekoloji yeniliklər barədə
məlumat verilir. Lakin, qlobal ekoloji problemlərin müasir
vəziyyəti yalnız «damğa vurmağı» və «ifşa etməyi» deyil,
ilk növbədə onlarıın həlli üçün bu sahədə mövcud olan
222
müsbət təcrübənin təbliğini tələb edir. Xüsusilə də ekoloji
jurnalistikada KİV-in təşkilatçılıq funksiyası daha vacib
xarakter alır. Bundan irəli gələrək ekoloji jurnalistikanın qarşısında aşağidakı vəzifələr durur:
a) geniş auditoriyaya səhih ekoloji məlumatların veril-
məsi;
b) insanların ekoloji maarifləndirilməsi;
c) təbiətin mühafizəsi üçün müvafiq qərarların qəbul
olunmasına və icrasına ictimai nəzarətin həyata keşirilməsi
məqsədi ilə praktik fəaliyyətin təşkili.
Ekoloji jurnalistika hər hansı praktik bir məsələyə
müraciət etsə belə, o mütləq şüurun ekolojiləşməsi, mənə-
viyyatın ekolojiləşməsi və iqtisadiyyatın ekolojiləşməsi
kimi qlobal problemlərlə üzləşir. Bu da öz növbəsində
ekoloji jurnalistikanın mövzu istiqamətlərini bir qədər də
genişləndirir.