227
nəticəsində əldə olunan ən yeni məlumatların ümumi-
ləşdirilməsi yolu ilə məlum olmuşdur.
Biz jurnalistlər əvvəlcə belə bir məsələni özümüz
üçün aydın etməliyik: elektron KİV-lər, kütləvi
multimediya məhsulları və İnternet texnologiyasının sürətlə
inkişafı ilə bağlı olan psixoekoloji problemlər hansı
masştablı səviyyəyə aid edilməlidir?
Rəqəm və interaktiv texnologiyaların teleradioyayımı
praktikasına
tətbiq edilməsi, müxtəlif telekommunikasiya
vasitələrinin inteqrasiyası və bu məqsədlərə nail olmaq üşün
getdikcə elektromaqnit şüalanmasının yeni diapazon tezlik-
lərinin mənimsənilməsi bəşəriyyəti yeni ekoloji problemlə
qarşılaşdırmışdır ki, biz bu problemə analoji TV dövründə
rast gəlməmişik. Bu problemlərin çoxu lokal, bəziləri
regional olsa da, getdikcə qlobal xarakter almağa başlayır.
Onların bəzilərinə KİV-lə bağlı olmayan
situasiyalarda
(radioötürücü vasitələrin, enerji və
işıqlandırma
qurğularının, texnoloji sənaye avadanlığının və s.
təhlükəsizliyi) rast gəlinir və onlar elektron KİV
texnologiyasına daxil edilmişdir.
Çoxsaylı və müxtəlif eksperimental məlumatlar təsdiq
etməyə imkan verir ki, rəqəmli texnologiyalar böyük insan
kütləsinin davranışı ilə həm qərəzli, həm də məqsədyönlü
manipulyasiya etməyə şərait yaradan, onların
psixi və fiziki
sağlamlığına, həmçinin orqanizmin genetik inkişaf
proqramına və ekologiyaya təsir edən müxtəlif imkanlara
malikdir.
Bütün bunları təsdiq etmək üçün birinci növbədə ən
sadə və məlum bir təzahürdən - neyro-linqvistik
proqramlaşdırma (NLP) texnologiyasının istifadəsinin
öyrənilməsindən başlamaq lazımdır. NLP texnologiyası
adətən insanlar arasında, qeyri-şüurlu şəkildə və məişət
səviyyəsində istifadə olunur. Bu texnologiyalar reklam və
228
PR kampaniyalarında, işgüzar görüşlərdə və digər çoxsaylı
situasiyalarda əldə olunan uğurların rəhni kimi çıxış edir.
NLP praktikası adi bir hadisədir,
ona görə də ona fikir
verməmək də olar. Lakin, onun müasir istifadəsi vəziyyəti
xeyli dəyişdirmişdir. NLP-dən istifadə tərəflər üşün bərabər
səviyyədə baş verir, ona görə ki, proses şüur vasitəsilə
nəzarətdə saxlanıldığından hər hansı bir tərəf aşıq-aşkar
üstünlüyə malik ola bilmir, lakin müasir yayım proqramları
və multimedia məhsullarının istehsalı texnologiyaları qəbul
edən tərəfin şüuru tərəfindən nəzarətdən yayınmağa imkan
verir. Əksər hallarda qəbul edən tərəf hətta fikirləşmir ki,
ona gizli və olduqca
səmərəli təsir göstərirlər, bu
texnologiyalardan istifadə edən tərəf isə uğur qazanmaq
üçün böyük şans qazanır. Gizli NLP-yə sadə misal kimi
məşhur “25-ci kadr texnologiyasını” göstərmək olar.
Bu texnologiyadan adətən seçki kamapaniyaları
zamanı istifadə edilir. Gizli texniki təsir vasitələrindən
istifadə edilir və bu zaman disparat metodunun (yun.-
parçalanma, fikrin inkarı, ziddiyyət), NLP proqramlarının
tətbiqi və yaxud da gizli hipnoz metodunun köməyi ilə
teletamaşaçıya qavranılmayan müşahidə informasiyası
təqdim edilir. Hər iki metod veriliş zamanı cəmlənir və
neyro-semantik hipermətn (yun.- üstün, mübaliğəli,
şişirdilmiş) prinsipi əsasında birləşirlər. Bu zaman bəzi
televiziya tamaşaçılarında baş beyin şüalanmasının dalğa
titrəyişləri alfa-ritmə (8-13 Hs) doğru dəyişir.
Bu vəziyyət
hipnotik təsirin qəbulu və yaxud da komandanın şüurdan
(beyinin sol yarımkürəsindən) yan keçərək beyinin sağ
yarımkürəsinə daxil olması rejiminə uyğun gəlir.
Tədqiqatlar sübut edir ki, televiziya hipnozu
insanlarda mənfi davranış proqramları, xəstəliklər və hətta
intihar halları formalaşdırır. Məhz buna görə də əksər
ölkələrdə tamaşaçılarda kütləvi xəstəliklər əmələ gətirə