Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə165/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   284
“666” virusu isə təsvirdə görüntüsü olmasa da, faciəli 
nəticələrə  gətirib  şıxarır. Ekranda adi pəncərədir – 
istifadəçidə isə belə bir hiss var ki, sanki onu nə isə ekrana 
çəkir. İnsanın başında bir ağırlıq, qulaqlarında isə səs əmələ 
gəlir. Ekrandan ayrılmaq da mümkün olmur, istifadəçi sanki 
hipnoz vəziyyətində olur, əlini belə  tərpədə  və heç kimi 
köməyə çağıra biilmir . “666” virusu 25-ci kadrla ekrana 
insanı bir növ hipnotik transa çəkən xüsusi rəng 
kombinasiyası verir. 25-30 saniyədən sonra mənzərə dəyişir 
və yeni rəng naxışının təhtəlşüur dərki yrəyin fəaliyyətinin 
pisləşməsinə (ritmin dəyişməsinə  və  zəifləməsinə) gətirib 
çıxarır. Arterial təzyiq kəskin şəkildə artır və azalır, bu hal 
bir-neçə  dəfə  təkrar olunur. Həhayət, beyin damarları 
təzyiqə tab gətirmir və beyinə qan sızır.  
Nəzərə almaq lazımdır ki, bu virusun müxtəlif növ 
kompüter qoşqularına və televiziya reklam roliklərinə 
keçmək təhlükəsi vardır və onun qarşısını heç nə ilə almaq 
mümkün deyildir.  
Beləliklə, yuxarıda dediklərimizə 
əsaslanaraq, 
aşağıdakı aralıq nəticəyə gələ bilərik: 
 

 
 müasir rəqəm tele-, radio-, video-, audio- və multi-
media məhsulları istehsalı texnologiyaları insanlara gizli 
232 
 
informasiya təsiri göstərmək, onların psixi və 
psixoemosional vəziyyətinin idarə olunması, şüurlarının və 
davranışlarının manipulyasiyası, böyük insan kütləsinin 
zomblaşdırılması üçün əvəzsiz bir alətdir; 

 
 tam  formalaşmamış  şüura informasiya təsiri qeyri-
iradi və  qərəzli  şəkildə kütləvi psixosomatik xəstəliklərin 
əmələ gəlməsinə, həmçinin orqanizmdə fizioloji və orqanik 
pozuntular yaradaraq ölümlə  nəticələnmə  vəziyyətinə 
gətirib çıxara bilər.  
 
Beləliklə, aparılan tədqiqatlar göstərir ki, canlı 
orqanizmlərə informasiya-məkan təsiri yalnız insanın 
davranışında və evolyusiyasında deyil, eyni zamanda bütün 
Yer kürəsindəki canlı 
həyatda idarəolunan və 
idarəolunmayan fəlakətli nəticələrə  gətirib çıxara bilər. 
Təsadüfi deyil ki, son illərdə Yer kürəsində müəyyən 
olunmayan səbəblər üzündən ölüm halları (4 dəfədən çox) 
və eybəcər doğulan uşaqların sayı kəskin şəkildə artmışdır. 
Rəqəm texnologiyaları və onların köməyi ilə istehsal 
olunan vizual və  səs effektləri elektromaqnit təsiri ilə 
birləşərək bütün bəşəriyyətə, o cümlədən teleradio 
məhsulları, videofilm, audiokaset, CD- yazılarını ixtira və 
istifadə edənlərə, kompüter istifadəçilərinə kompleks təsir 
edən kodların mənbəyidir. 
Ümumiyyətlə, yaradıcılıq və texniki üsullardan asılı 
olaraq informasiya təsiri aşağıdakı imkanlara malikdir: 
 
 
neyro-linqvistik proqramlaşdırma zamanı cari və 
uzunmüddətli davranışa təsir etmək; 
 
patoloji vəziyyətə keçən fizioloji gərginlik 
yaratmaq (ürək və  tənəffüs ritmlərinin xarakterinin 
dəyişməsi); 
 
orqanizmin funksional imkanlarını  və sosial 
fəallığı  aşağı salan görmə, eşitmə  və ümumi xarakterli 
diskomfort yaratmaq; 


233 
 
 
psixi, psixosomatik və digər xəstəlikləri kəskinləş-
dirmək; 
 
insanın və ümumiyyətlə bioloji orqanizmlərin 
inkişafının genetik proqramlarını dəyişmək.  
 
Ekoloji cəhətdən təhlükəli texnologiyaların qərəzli 
istifadəsi və  qərəzli təsiretmə texnologiyalarının KİV-ə 
tətbiq edilməsi xüsusi narahatlıq doğurur. Bu işlərin 
nəzarətdən kənarda qalması ayry-ayrı regionların və 
ölkələrin  əhalisi, həmçini bütün bəşəriyyət üşün qlobal 
ekoloji problemə çevrilə bilər. Vəziyyəti gərginləşdirən 
cəhətlərdən biri də odur ki, artıq elə mikroprosessorlar ixtira 
olunmuşdur ki, onlar kənardan sorğu və komanda əsasında 
rəqəmli qurğularda olan informasiyanı onun sahibindən 
icazəsiz olaraq oğurlamaq, başqasına ötürmək və hətta hiss 
olunmayan düzəlişlər etmək də mümkündür. 
Elektron KİV-in inkişafı ilə əlaqədar qlobal ekoloji və 
psixoekoloji problemlərlə bağlı KİV-in qarşısında müəyyən 
tələblər qoyulur:
 
1.
 
KİV-də  və kompüter şəbəkəsində  rəqəmli istehsal 
texnologiyalarının, həmçinin onların yeni translyasiya üsul-
larının tətbiqi nəticəsində kütləvi  şüurla manipulyasiya, 
qlobal masştabda sağlamlıq problemləri, bütövlükdə Yer 
kürəsində canlı həyat üçün yaranan təhlükə problemi KİV-
in əsas mövzularından biri olmalıdır. 
2.
 
KİV müasir dövrdə milli və beynəlxalq 
təhlükəsizliyin təmin olunması üçün öz səylərini müxtəlif 
elmi və texniki sahələrin mütəxəssislərinin səyləri ilə 
birləşdirməlidir. 
3.
 
KİV mətbuatda və qlobal kompüter şəbəkələrində 
istifadə olunan yaradıcılıq texnologiyalarının və texniki 
vasitələrin təhlükəlilik səviyyəsininin müəyyən edilməsinə 
çalışmalı  və  əldə olunan nəticələri müvafiq tədbirlər 
görülmək üçün ictimaiyyətin və hökumət orqanlarının 
diqqətinə çatdırmalıdır. 
234 
 
4.
 
KİV geniş auditoriyanı sözügedən problemlərin 
tədqiqatı ilə əlaqədar aparılmış təhlillərin nəticələri ilə tanış 
etməlidir. 
5.
 
KİV teleradio yayımının psixofiziki aspektlərinin 
insanların sağlamlığına təsirinin və onların vaxtında 
detektirləşməsi 
(lat.- yüksəktezlikli dəyişmələrdən 
aşağıtezlikli dəyişmələrin  əmələ  gəlməsi)  imkanlarının 
aydınlaşdırılması məqsədi ilə aparılan kompleks tədbirlərin 
istiqamətlərinin müəyyən olunmasına səy göstərməlidir.  
6.
 
KİV öz iştirakı ilə teleradio yayımının insanların 
sağlamlığına qlobal təsirinin qarşısını ala bilən təşkilati-
texniki tədbirlərin hazırlanmasına, teleradioproqramlarda, 
video və audioməhsullarda, kompüter oyunlarında artefakt-
ların  (lat.-sünii hazırlanmış)  aşkar olunması metodlarının 
axtarılıb tapılmasına, bütün rəqəmli tele-, radio-, video-, 
audio- və multimedia məhsullarının ekoloji və psixoekoloji 
baxımdan məcburi sertifikatlaşmasına imkan verən 
metodika və aparat-proqram vasitələrinin yaradılmasına 
çalışmalıdır.  
7.
 
Rəqəmli tele-, radio-, video-, audio- və multimedia 
məhsulları istehsal edən yaradıcı  işçiləri və eləcə  də 
ictimaiyyəti elektron KİV-lərlə  əlaqədar ekeloji cəhətdən 
maarifləndirməlidir. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin