Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


“Mücərrədlik jurnalistikası”mı?



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə168/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   284
“Mücərrədlik jurnalistikası”mı? 
Dünya 
jurnalistikasının təcrübəsi beynəlxalq terrorizm 
mövzusunun KİV-də 
işıqlandırılması sahəsində 
redaksiyaların ciddi konsultativ, ümumi humanitar 
yanaşma, qeyri-peşəkarlıq, jurnalistin şəxsi mövqesizliyi, 
mövzudan yayınma və s. problemlərlə üzləşdiyini göstərir. 
Əlbəttə, bu vəziyyət müəyyən dərəcədə korporotiv qrupların 
təsiri, hədə-qorxu, jurnalistin “mükafatlandırılması”,  şəxsi 
maraq və s. səbəblərlə izah edilsə  də, mövzunun, xüsusilə 
də, onun obyekti olan beynəlxalq terrorizmin məzmunca 
abstrakt xarakter daşıması, daxili anatomiyasının 
açılmaması ilə də əlaqələndirilir.  
Amma, bir fakt danılmazdır ki, terror aktları 
cəmiyyətdə geniş əks-sədaya nail olmaq, çaxnaşmaya səbəb 
olan kütləvi qorxu hissi, təşviş yaratmaq və beləliklə  də 
qarşıya qoyulmuş  məqsədə çatmaq üsulu kimi həyata 
keçirilir. Bu işdə KİV, xüsusilə də müasir elektron KİV-lər 
özlərindən asılı olmayaraq terror aktlarının iştirakçısına 
çevrilir, bu aktlar barədə informasiyanın vahid vaxt 
rejimində bütün dünyaya yayılmasına  şərait yaradaraq, 
təşvişə düşənlərin auditoriyasını fantastik surətdə 
genişləndirirlər. Terrorçuların  əsas məqsədlərindən biri də 
məhz budur. Ona görə  də beynəlxalq terrorizm problemini 
                     

 
Bu kitabın müəllifi  (İ.Mazanlı)  iştirakçısı olduğu aşağıdakı 
beynəlxalq elmi-praktik konfranslarda bu mübahisələrin canlı  şahidi 
olmuşdur: 1). mart 1998-ci il, Kopenhagen - Danimarka : „Beynəlxalq 
terrorizm, silahlı münaqişələr və  KİV“; 2). may 2002-ci il, Bonn - 
Almaniya : „KİV, münaqişələr və terrorizm“; 3). mart 2004-cü il, 
Moskva - RF: „Söz, informasiya və  mətbuat azadlığı  Qərbi, Mərkəzi, 
Şərqi Avropa ölkələrinin və ABŞ-ın nəzəriyyə və praktikasında“.
 


243 
 
işıqlandıran jurnalistlərdən xüsusi peşəkarlıq, mövzunu hiss 
etmək bacarığı tələb olunur.  
“Mücərrədlik jurnalistikası”nın ilk səciyyəvi cəhəti – 
bu mövzunu işıqlandıran ixtisaslaşmış jurnalistlərin 
olmamasıdır. Məsələ burasındadır ki, terrorizm mövzusu öz 
təbiətinə görə başqa mövzulardan kəskin  şəkildə  fərqlənir 
və terrorizmin mücərrədliyi, yəni tərəflərin bir-birini 
terrorizmdə günahlandırması  səbəbindən bu problemin 
işıqlandırılması müxtəlif çətinliklər yaradır.  
Bundan başqa, bəzən jurnalistlər və sahə üzrə alimlər, 
hətta siyasətçilər də problemlə bağlı ziddiyyətli fikirlər 
söyləyirlər. Fələstin – İsrail münsibətlərini buna misal 
göstərmək olar. Bəziləri öz tarixi torpaqlarında özlərinin 
qanuni dövlətini yaratmaq istəyən, öz hüquqlarını daş  və 
ağac parçaları ilə qorumağa çalışan tərəfə, digərləri isə artıq 
yarım əsrdən çox vaxt ərzində işğal edilmiş ərazilərdə bütün 
dünyada qəbul olunmuş normalara zidd olaraq qanunsuz 
məskunlaşma aparan, primitiv üsullarla özünü müdafiə 
edənlərə qarşı istifadəsi beynəlxalq humanitar hüquqla 
məhdudlaşdırılan müasir silahlardan istifadə edən tərəfə 
bəraət qazandırırlar. Maraqlıdır ki, hər iki tərəf öz 
hərəkətlərinə haqq qazandırmaq üçün kifayət qədər 
arqument irəli sürə bilirlər. Bəzən də bir nüfuzlu beynəlxalq 
təşkilatın hazırladığı hesabat digər nüfuzlu beynəlxalq 
təşkilatın hazırladığı hesabata uyğun gəlmir. Bu, “abstrakt 
jurnalistika”nın ikinci səciyyəvi cəhətidir. 
Beynəlxalq terrorizmə  və silahlı münaqişələrə aid 
aparılan elmi tədqiqatların təbiəti də özündə bir qeyri-
müəyyənliyi ehtiva edir. Bəzən bu sosial-siyası təzahürə aid 
elmi bilik və müxtəlif mənşəli sübutlar eksperimental və 
empirik yolla əldə edildiyi, görüntü nümunələri isə 
problemin daxili mahiyyətini deyil, zahiri tərəflərini 
“anlatdığı” üçün səbəb-nəticə  əlaqələrinin sübutundan ötrü 
yetərli olmur.  
244 
 
Beynəlxalq təşkilatların müşahidəçilərinin apardıqları 
monitorinqlər də kimin nə  dərəcədə haqlı  və ya haqsız 
olduğunu dəqiqliklə müəyyən edə bilmirlər və ya etmirlər 
və yaxud da etmək istəmirlər. Adətən, bu təşkilatların 
nümayəndələrinin etdikləri rəsmi çıxışlar, hazırladıqları 
hesabatlar loyal xarakter daşıyır, “sərt künc”lərdən yan 
keçirlər. Göründüyü kimi, bu məsələdə  də bir mücərrədlik 
mövcuddur. ATƏT-in Mətbuat Azadlığı Bürosunun baş 
məsləhətçisi A.Boldırev qurumun Cənubi Qafqaz 
ölkələrində  mətbuatın problemlərinin həlli üçün təsir 
mexanizminin axtarışı ilə  əlaqədar “Amerikanın səsi” 
radiosuna verdiyi müsahibəsində ifadə azadlığının qorun-
ması  məsələsinə toxunmuşdur: “Qanunlar hətta abstrakt 
anlayışları  və habelə etiqad konsepsiyalarından ifadə 
azadlıqlarını qorumalıdır. Belə ki, terror kimi məfhumlar 
barədə ifadə azadlığına o zaman cinayət müstəvisində 
baxıla bilər ki, bu ifadədə zorakılığa birbaşa çağırış 
olsun”.
106
  
Beynəlxalq terrorizmlə bağlı elmi qeyri-
müəyyənlikdən və  hər hansı bu və ya digər bir problemlə 
bağlı ekspert rəylərində olan müxtəlifliklərdən irəli gələn 
mücərrədlikdən başqa, hökumət mənbələrinin informasiya 
siyasətindən qaynaqlanan mücərrədlik də özünü büruzə 
verir. Bu cür mücərrədlik fövqəladə hallarda özünü daha 
qabarıq 
şəkildə büruzə verir. Bəzi informasiya 
mənbələrindən jurnalistlərə yarımçıq, dəqiqləşdirilməmiş və 
ya da bilərəkdən çaşdırıcı informasiyalar verilir ki, bu da 
ümumi çaxnaşmanı, qorxunu və intiqam almaq hissini daha 
da gücləndirir.  
                     
106
  ATƏT jurnalistləri məsuliyyətli olmağa  çağırır. „Ekspress“ 
qəzeti, 18-19 dekabr, 2008. 


245 
 
11 sentyabr 2001-ci il basqınları barədə ilk məlumatı 
CNN TV kanalı yaymışdır. CNN Federal Təhqiqat 
Bürosunun (FBİ) terrorçuları yaxalamaq üçün Floridada 
həyata keçirdiyi əməliyyatlardan sonra Ədnan Buxari və 
onun qardaşı  Əmir Buxarinin terrorçularla əlaqəli 
olduqlarını bildirmişdi. Lakin, Ədnan Buxarinin FTB-yə 
yardımçı olduğu, qardaşının isə 2000-ci ildə  təyyarə 
qəzasında həlak olduğu məlum olduqdan sonra CNN 
məlumatların FTB-dən verildiyini və dəqiqləşdirilməsi üçün 
vaxt olmadığını bildirərək, tamaşaçılarından üzr istəmişdir.  
Yanlış informasiyanın yayımlanmasında suçlandırılan 
media qurumlarından biri də  BBC idi. Kanal 11 sentyabr 
hadisələri ilə  əlaqədar verilişlərinin birində ORİX Təbii 
Resurslar  Şirkətinin rəhbəri Kamal Kan Fhanini Əl-
Kaidənin lideri Üsamə bin Ladenlə əlaqəsi olmaqda suçlayır 
və onun 1998-ci ildə ABŞ-ın Afrika ölkələrindən birindəki 
səfirliyinin bombalanmasına görə  məsuliyyət daşıyan 
Məhəmməd Xalfan ilə eyni adam olduğunu iddia qedir. 
Lakin, həqiqətlər üzə çıxdıqdan və Kan Fhaninin nə Üsamə 
bin Ladenlə 
əlaqəsi, nə 
də ABŞ 
səfirliyinin 
bombalanmasında əli olmadığı məlum olduqdan sonra BBC 
oktyabrın 31-də 1 dəqiqəlik üzr mesajı yayımlayır.  
BBC, eyni zamanda, sentyabrın 11-də özünün 
Əfqanıstandakı müxbiri Con Simpsona istinad edərək  Əl-
Kaidəni atom silahı hazırlamaqda suçlayan xəbər yayır. 
Avropa Jurnalistika Mərkəzi (Europian Journalism Centre) 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin