Al Jazeera ABŞ-
ın və bütün Qərb ölkələrinin media rahatlığını pozdu. Ağ
Evin rəhbərliyi Qətər əmirinin əli ilə
Al Jazeeranın
verilişlərinin yayımına mane olmağa çalışırdı. ABŞ-ın
beynəlxalq təhlükəsizlik məsələləri üzrə sözçüsü Kondoliza
Rays TV kanallarının rəhbərlərinə zəng edərək Üsamə bin
Ladenin görüntülərində şifrəli mesajlar ola biləcəyini
bildirir və
Al Jazeeradan
alınan süjetləri nümayiş
etdirməməyə çağırırdı. Məhz CNN bu süjetləri
yayımlamayacağını açıqlayan ilk telekanal idi.
Artıq iki əsrə yaxın bir müddətdə Azərbaycan torpaq-
larını hissə-hissə işğal edən, beynəlxalq prinsip və
normalara məhəl qoymadan regionda elementar humanitar
hüquqların pozulmasına bais olan Ermənistanla bağlı
materialların hazırlanmasında kütləvi informasiya
vasitələrini təmkinli olmağa, bəşəri dəyərlərə söykənməyə
çağıran Qərb mediası özü bu sınaqlardan üzüağ çıxa
bilmədi. Bir çox amerikalı ziyalılar, məşhur jurnalistlər,
mətbuat nümayəndələri, Princeton və Kolumbiya
Universitetlərinin media departamentlərinin keçirdikləri
geniş müzakirələrdə iştirak edən alim və mütəxəssislər 11
sentyabr hadisələri ilə əlaqədar əhalinin düzgün məlu-
matlandırılmadığını, xüsusilə də televiziya kanallarının
yalan xəbərlərlə insanları panikaya sürüklədiklərini ortaya
qoydular.
Amma, yaxşı haldır ki, CNN, BBC, Fox News
kanallarının mövqelərini bölüşməyən KİV qurumları da var
idi. CBS və NBC kimi nəhənglər belə qurumlardan idilər.
248
Röyter İnformasiya Agentliyi isə 11 sentyabr hadisələri ilə
əlaqədar hazırladığı xəbərlərdə heç vaxt “terror” və
“terrorçu” ifadələrini istifadə etməmiş, baş verənləri “əkiz
binalara” basqı və ya hücum kimi təqdim etmişdir.