KİV qlobal terrorizm probleminin daha bir fərqləndirici cəhəti kimi beynəlxalq kriminal
cəmiyyətlərin, müəyyən siyasi qüvvələrin və ayrı-ayrı
dövlətlərin bu problemə ciddi təsir etdiyini göstərir. Bu təsir
beynəlxalq terrorizm problemini daha da kəskinləşdirir.
Müasir dünyada dövlət terrorizminin təzahürü də
mövcuddur və bu terror növü xarici dövlətlərin başçılarının
və digər siyasi xadimlərinin aradan götürülməsi,
hökumətlərin devrilməsi, xarici dövlətlərin əhalisi arasında
təşviş yaradılması cəhdləri və s. ilə bağlıdır.
256