267
vizual görüntülərə birgə nəzarət (teleekranda ölmüş
və yaralanmış insanların şəkillərinin göstəriməməsinə
uyğun);
hadisələrin interpretasiyasının
eyniliyinə birgə
nəzarət.
Yuxarıda tanış olduğumuz nəzəri və praktik material-
lardan, beynəlxalq təcrübədən belə bir qənaətə gəlmək olur
ki, terrora qarşı mübarizənin
komponentlərindən biri və
bəlkə də ən əhəmiyyətlisi informasiya əks-təsiridir.
Zənnimizcə, Azərbaycan kimi torpaqlarının 20 %-i işğal
olunmuş, ərazisində qonşu işğalçı Ermənistanın xüsusi
xidmət orqanları tərəfindən dəfələrlə terror aktları
törədilmiş (gələcəkdə də törədilməyəcəyinə heç kim
zəmanət verə bilməz) və bu terror aktları nəticəsində
yüzlərlə vətəndaşının qanı axıdılmış bir ölkədə terrora qarşı
informasiya əks-təsirinin təşkilinə prioritet kimi baxılmalı
və bu təsiri göstərən xüsusi dövlət orqanı yaradılmalıdır. Bu
orqan əlavə olaraq həm də antiterror
mübarizəsinə cəlb
edilmiş bütün dövlət orqanlarının informasiya fəaliy-
yətlərrinin koodinasiyası kimi strateji tapşırığı yerinə
yetirməlidir. Azərbaycan dövləti terrorizmin dünya
miqyasında sürətlə yayılmasını və inkişafını nəzərə almaqla,
beynəlxalq səviyyədə “informasiya məkanında” terrorla
mübarizənin gücləndirilməsi üzrə qanunyaradıcı normativ
bazanın təkmilləşdirilməsi istiqamətində ciddi addımlar
atmalıdır.
Dostları ilə paylaş: