Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


Narkomaniya probleminin həlli sahəsində KİV-in və



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə192/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   284
Narkomaniya probleminin həlli sahəsində KİV-in və 
jurnalistlərin vəzifələri 
 
Kütləvi informasiya vasitələri və kütləvi 
kommunikasiya vasitələri ictimai fikrə  təsir imkanlarına 
görə narkotiklərin qanunsuz yayılması  və onlardan sui-
istifadə təhlükəsinə qarşı mübarizədə güclü birləşdirici amil 
rolunu oynaya bilər. Jurnalist ictimaiyyəti, narkomaniya 
probleminə aidiyyəti olan hər bir jurnalist öz peşə 
fəaliyyətində aşağıdakı prinsiplərə riayət etməlidir:  
 
1.
 
Narkotiklərin qəbulu və onların qanunsuz 
dövriyyəsi mövzusunu işıqlandırarkən ölçülüb-biçilmiş  və 
dəqiq müəyyənləşdirilmiş yanaşmaya riayət etməlidir
auditoriya qarşısında istənilən növ narkotiklərin qəbuluna 
və onların qanunsuz dövriyyəsinə  mənfi münasibət 
formalaşdırmalıdır. 
2.
 
Ardıcıl  şəkildə belə bir fikir formalaşdırılmalıdır 
ki, narkotiklərdən istifadə  mənəvi azadlıq və  sərbəstlik 
deyil, əksinə narkomanın mənəvi zəifliyidir. 
280 
 
3.
 
Narkotiklərə alternativ olaraq gənclər arasında 
sağlam həyat tərzi və idman fəal surətdə təbliğ olunmalıdır. 
4.
 
Narkotiklərin leqallaşdırılması 
(əgər varsa) 
məsələsi kütləvi şəkildə müzakirə olunmamalıdır.  
5.
 
Narkomaniyanın cəmiyyətdə, xüsusilə  də  gənclər 
arasında yayılmasının təhlükəli nəticələri barədə veriliş  və 
məqalələrdə sistemli və ardıcıl 
şəkildə 
təbliğat 
aparılmalıdır. 
6.
 
Peşə  fəaliyyətində narkotiklərin birbaşa və ya 
dolayı  təbliğini jurnalist etikası anlayışı ilə bir araya 
sığmayan hal hesab edən hüquqi, əxlaqi-mənəvi normalar 
rəhbər tutulmalıdır. 
7.
 
Narkomaniyadan müalicə ilə bağlı həqiqətdənuzaq 
nəticələrin  əldə olunması barədə pullu xidmət təklif edən 
tibb müəssisələri (klinikalar) haqqında informasiyaların 
yayılmasından imtina olunmalıdır. 
8.
 
Narkotik asılılıqdan tez və asan yolla qurtarmağa 
inam yarada bilə yoxlanılmamış materiallar tələm-tələsik 
qəzet səhifələrinə çıxarılmamalıdır. 
9.
 
Dəqiq dərk edilməlidir ki, narkomaniya problemi 
uşaqlar və yeniyetmələr üçün daha kəskindir. Bu da onların 
sözügedən bəladan daha zəif mühafizə olunmaları ilə izah 
edilir və onlar repressiya obyekti deyil, reabilitasiya 
subyekti kimi təbliğ olmalıdırlar.  
10.
 
Gənclər üşün  əyləncəli tele və radioveilişlər və 
yaxud kütləvi mətbuat üçün publikasiyalar hazırlanarkən 
həytlarında narkotiklərdən asılılıq və «narkotiklə bağlı 
yaradıcılıq uğurları» olan şəxslər tok-şoularda və 
məqalələrdə  qəhrəman və ya «ulduz» kimi təbliğ 
olunmamalıdırlar. 
11.
 
Narkoticarətdən  əldə olunan gəlirlər kütləvi 
müzakirə olunmamalı  və narkobiznesin maliyyə-iqtisadi 
tərəfləri açıqlanmamalıdır.  


281 
 
12.
 
Hüquq-mühafizə orqanlarının korrupsiyaya 
uğramış hissəsinin cinayətkar fəaliyyətinin neqativ rolu 
KİV-də obyektiv işıqlandırılmalıdır. 
13.
 
Narkotik eyforiya vəziyyəti KİV-də  təsvir olun-
mamalı, narkotiklərin insan orqaizminə  mənfi təsiri 
anlaşıqlı dildə ictimaiyyətə çatdırılmalıdr.  
 
Jurnalistlərə və KİV-ə kömək məqsədi ilə Azərbaycan 
İnternet sektorunda narkotiklərin qanunsuz dövriyyəsinə 
qarşı mübarizə  və ondan sui-istifadə mövzusuna aid 
məlumat bazası yaradılmalı  və onun fəaliyyəti təmin 
olunmalıdır. Bu iş müvaiq dövlət strukturunun egidası 
altında metodik dəstəklə müşayiət olunmalıdır.  
Bu məsələ daim KİV –in yaradıcı kollektivlərində 
müzakirə olunmalıdır. 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin